Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda istirahət edəcəyiniz 10 ən ucuz məkan - Siyahı

Tarix 11.02.17, 4:48

Font ölçüsü : - / +
bitmap-img6


Qiymətlərin bahalaşması insanlarda belə bir fikir formalaşdırıb ki, daha işdən sonra, yaxud qeyri-iş günlərində əyləncə mərkəzlərinə yollanmaq olmaz. Çünki "cib yandıran" qiymətlər gündən-günə artmaqdadır.

Halbuki istirahət edə biləcəyimiz normal və ucuz məkanlar az deyil:

1. Kinoteatrlar

Hər həftə paytaxt kinoteatrlarında yerli, əcnəbi, rus və ya Türkiyə istehsalı olan müxtəlif janrlı filmlər təqdim olunur. Yəni hər zövqə uyğun filmə baxmaq mümkündür. Biletlərin qiyməti isə saat 10:00-dan 12:00-dək 2D – 3 manat, 3D – 4 manat, 12:00-dən 18:00-dək 2D – 5 manat, 3D – 6 manat, 18:00-dən sonrakı seanslar isə 2D – 6 manat, 3D – 7 manatdır.

2. Portal Games

Bu oyun sizi və dostlarınızı gündəlik stresdən çıxarmaq üçün ən yaxşı vasitədir. Oyunun şərtləri çox sadədir: 2-6 nəfərdən ibarət komanda yaradılır. Burada diqqətli olmaq və istənilən durumda tez vəziyyətdən çıxmaq lazımdır. Oyunçu qapalı otaqda olur və ağlı, dərrakəsi sayəsində oradan çıxmağa çalışır. Qalib olmaq üçün isə bir saat ərzində otaqdan çıxmaq gərəkdir. Bu oyunu oynamaq üçün qiymət 12-16 manat arasında dəyişir.

3. Peyntbol

Bu oyun da komanda şəklində həyata keçirilir. Peytnbol həvəskarları "Ulduz" metrosu yaxınlığında yerləşən meydançaya yollana bilərlər. Bu oyun üçün komanda ən azı 10 nəfərdən ibarət olmalıdır. Adamın biri 10 manatdır (Bu qiymətə 100 güllə, geyim və oyunun sonunda pulsuz çay daxildir).

4. Boulinq

Ucuz istirahət deyəndə ağıla boulinq oyunu da gəlir. Paytaxtın əksər əyləncə mərkəzlərində boulinq zallarına rast gəlmək mümkündür. Bu idman növü də olduqca əyləncəlidir. Ailə üzvlərinizlə və dostlarınızla gözəl həftə sonu keçirmək istəyirsinizə, mütləq boulinq zalına yollanın. Adambaşına 10 manat xərcləməli olacaqsınız.

5. Teatrlar

Yox, əgər siz ruh adamısınızsa, mənəvi dinclik istəyirsinizsə, teatra yollanın. Bakıda yeni tamaşalar səhnələşdirilən teatrlar kifayət qədərdir. Paytaxt teatrlarında hər büdcəyə uyğun tamaşa tapmaq mümkündür. Kukla Teatrında biletin qiyməti cəmi-cümlətani 3 manat təşkil edir.

6. «50 Qəpik” Çay evi

"28 May" metrostansiyası yaxınlığında, Süleyman Rüstəm küçəsində yerləşən "50 Qəpik" adlı Çay evi var. Burada bir finçan çayın qiyməti 50 qəpikdir. Bu çay evində soyuq qış günlərində dostlarınızla oturub, isti çay içib, qızına bilərsiniz.

7. Kafelər

Bakıda həmçinin çox sayda kafelər var ki, burada adam başına 10 manat xərcləməklə, istirahət etmək mümkündür.

8. Buz meydançası

Vaxtı əyləncəli keçirmək üçün buz meydançalarına da getmək olar. Bakıda konki sürmək üçün ICE və "Megafun"a yollanmaq lazımdır.

Qiymətlər:

ICE buz meydançasında 15 dəqiqə 5 manat, 30 dəqiqə — 8 manat, 1 saat — 15 manatdır.

"Megafun"da 10 dəqiqə 5 manat, 30 dəqiqə — 10 manat, 1 saat — 15 manatdır.

9. "Soyuq Əllər, İsti Ürək" qış yarmarkası

Artıq bir neçə ildir ki, Fontonlar Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçirilir. Bax bu yarmarkada sadəcə, gəzmək olar. Burada gəzən zaman adam özünü sanki nağıllar aləminə düşmüş kimi hiss edir. Yarmarkada əməlli-başlı Yeni il ab-havası hiss olunur.

10. Muzeylər

Gününüzü və ya həftə sonunuzu xoş keçirmək məqsədilə siz paytaxtda yerləşən muzeylərə də yollana bilərsiniz. Bunun üçün isə 2 manat xərcləyəcəksiniz.

Fins.az



Xəbərin oxunma sayı : 2347




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap