“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bakıda kütləvi dava - İki gənc öldürüldü + VİDEO

Tarix 12.02.23, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Gecə Bakıda kütləvi dava olub, nəticədə iki nəfər ölüb.

"Xezerxeber.az" xəbər verir ki, ağır cinayət saat 2 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.

Kəndçi küçəsində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə yerində rayon polis və prokurorluq əməkdaşları araşdırmalara başlayıblar. Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Ərazidə olan müşahidə kameralarının köməyi ilə çox çəkməyib ki, cinayətdə şübhəli bilinən şəxslər saxlanıblar.

Faktla bağlı cinayət işi başlanıb, 4 nəfər şübhəli şəxs qismində saxlanıb.

Gecə daha bir ağır cinayət paytaxtın Xəzər rayonunda baş verib.

Binə qəsəbəsi ərazisində 55 yaşlı Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin ifadəsində kişi həyat yoldaşını aralarında yaranmış münaqişə zamanı kəsici alətlə öldürdüyünü etiraf edib.

Qonşuların sözlərinə görə, ailə sakit və mehriban olub.

Faktla bağlı rayon prokurorluğunda ``xüsusi amansızlıqla adam öldürmə`` maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaq davam etdirilir.





Xəbərin oxunma sayı : 901




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap