Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda kanalizasiya suyu ətrafa daşdı: evlər və obyekt su altında qaldı - Video

Tarix 11.09.17, 4:50

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Binəqədi rayonu, Baksol adlanan yaşayış massivində kanalizasiya suyu daşaraq ətrafa yayılıb.

Xəzər TV bildirir ki, bir neçə ev və obyekt su altında qalıb.

Sakinlərin sözlərinə görə, təxminən 2 aya yaxındır ki, sözügedən ünvanda bu mənzərə yaşanır.

Nəticədə ərazidə qamışlıq yaranıb və sağlamlıq üçün zərərli olan bir sıra həşəratlar əmələ gəlib.

Problemlə bağlı Rəsulzadə qəsəbə bələdiyəsindən bildirilib ki, məsələdən xəbərdardılar. Sözügedən problemin aradan qaldırılması üçün artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət göndərilib. "Azərsu"dan isə müraciətə cavab olaraq bildirilib ki, həftənin 2-ci günü həmin əraziyə texnikalar gödəriləcək və xətt yenidən əsaslı şəkildə təmizlənəcək.

Bənzər problem Sumqayıtda da yaşanır. "Yaşıldərə" adlanan ərazidə Abşeron magistral kanalına sakinlər tərəfindən atılan tullantılar suyun səviyyəsinin qalxmasına səbəb olur.

Çirkab suları evlərə və həyətlərə dolaraq ciddi ziyan vurur.

Abşeron Suavarma sistemləri idarəsindən bildirilib ki, kanal hər zaman nəzarətdə saxlanılır. Ancaq sakinlər tərəfindən gecə saatlarında atılan tullantılar qalaqlanır və çirkab su evlərə dolur. İdarə əməkdaşları kanal boyu nəzarət həyata keçirir. Bu kimi halların qarşısını almaq məqsədilə həmin əraziyə tullantı atanlara müəyyən məbləğdə cərimə tətbiq oluna bilər.





Xəbərin oxunma sayı : 481




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap