Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda kişi arvadının başını niyə kəsdi?

Tarix 30.03.17, 14:49

Font ölçüsü : - / +
bitmap-img6


Martın 29-da gecə saatlarında 22 yaşlı Aysel Cəlilovanın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatları məlum olub

Trend-in məlumatına görə, qətlə yetirilən 1995-ci il təvəllüdlü A.Cəlilova iki ay əvvəl aralarında yaranmış münaqişə nəticəsində həyat yoldaşı, 1994-cü il təvəllüdlü İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Binəqədi rayonunun Biləcəri qəsəbəsində atasının evində yaşayırmış. Son bir ayda İ.Cəlilov ayrıldığı həyat yoldaşını izləyib. O, həyat yoldaşı ilə yenidən ailəsini bərpa etmək qərarına gəlib. Martın 29-da axşam saatlarında İ.Cəlilov qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İ.Cəlilovu evə buraxıblar. Axşam saat 23 radələrində İ.Cəlilovun yanında olarkən A.Cəlilovanın mobil telefonuna zəng gəlib. İ.Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə A.Cəlilova ona dəqiq söz deməyib. Bundan əsəbiləşən ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb və qapını arxadan bağlayaraq mətbəxdən götürdüyü bıçaqla onun boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı qızın atası və qardaşı evdə olsa da, onlar hadisədən xəbərsiz olublar.

Həyat yoldaşını qətlə yetirən İ.Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsinə gələrək təslim olub.

Məlumata görə, ər və arvadın hər ikisi əslən Şamaxı rayonunun Qurbançı kəndindəndir.

*   *   *10:18

Paytaxtda dəhşətli qətl törədilib.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsi, Pünhan Təbrizli küçəsi, ev 10-da yaşayan, 1990-cı il təvəllüdlü İsrail İsmayıl oğlu Cəlilov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aysel Ulduz qızı Cəlilovanın boğazını bıçaqla kəsib. A. Cəlilova qan itirməsindən ölüb.

Hadisəni törədən İ. Cəlilov polisə könüllü təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.



Xəbərin oxunma sayı : 130




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap