Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Bakıda kişi arvadının boğazını anasının gözü qarşısında kəsdi - VİDEO

Tarix 12.11.21, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, dünən paytaxtın Pirallahı rayonunda dəhşətli qətl törədilib. 3 uşaq anası öldürülüb.

Rayon Prokurorluğunun yaydığı məlumata görə qadının həyat yoldaşı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Zərərçəkmişin əri, 29 yaşlı Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 24 yaşlı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, qətl Ayşən Rəhimovanın anası Sevinc Rəhimovanın gözləri qarşısında baş verib. Qadının iddiasına görə, ər-arvad arasında mübahisələr olduğundan son dövrlər uşaqlardan biri atasının yanında, digər ikisi isə anası ilə birlikdə qalırmış. Sevinc Rəhimovanın sözlərinə görə, ötən gün Əsgər Musayev həyat yoldaşına zəng vuraraq bildirib ki, gəlib digər uşağı da özü ilə aparsın. Bundan sonra Ayşən anası ilə birlikdə Əsgərin yanına gedib.

Sevinc Rəhimova onu da iddia edir ki, uşağı götürdükdən sonra taksiyə minib geri qayıdarkən Əsgər onlara tərəf gələrək həyat yoldaşını əvvəlcə əli ilə vurmağa başlayıb. Bundan sonra isə Ayşən Rəhimova avtomobildən düşərək qaçmağa çalışarkən Ə.Musayev onun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisədən sonra Ayşən Rəhimova rayon xəstəxanasına aparılsa da, xeyli qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgər Musayevin valideynləri iddia edirlər ki, son 3 il ərzində ailə daxilində tez-tez mübahisələr olub.







Xəbərin oxunma sayı : 1294




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap