Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda kişi iki oğlunun gözü qarşısında arvadının başını kəsdi - Təfərrüat

Tarix 08.10.19, 22:33

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Vüsal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. Yaxın günlərdə bu dəhşətli cinayət işinin araşdırması başlanacaq.

İttihama görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsində Vüsal Məmmədov yaşadıqları binanın girişində (blokda) iki azyaşlı oğlunun gözü qarşısında həyat yoldaşı Fəridə Məmmədovanın başını kəsib. Hadisə yerindən qaçan Vüsal Məmmədov polis əməkdaşları tərəfindən həbs olunub.

Məlum olub ki, Vüsal Məmmədov hadisədən bir gün əvvəl Fəridə Məmmədova ilə mübahisə edib. Mübahisə zamanı Vüsal Məmmədov arvadını döyüb və evdən gedib. Bundan sonra Fəridə Məmmədova əri barəsində polisə şikayət edib.

Qisas almaq istəyən ər arvadına hücum edib. Ər binanın qarşısında arvadının boğazını kəsərək qətlə yetirib.

Qeyd olunur ki, ər-arvad arasında mübahisə qısqanclıq zəminində yaranıb.

Vüsal Məmmədov narkotik istifadəçisi olub.

İstintaq orqanı tərəfindən Vüsal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.



Xəbərin oxunma sayı : 1096




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap