“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda komendant saatı - nələr baş verib? (VİDEO)

Tarix 27.10.20, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 28-dən etibarən ölkəmizdə tətbiq olunan komendant saatı müddətində vətəndaşların əksəriyyəti qoyulan qaydalara əməl edir.

Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev Xəzər Tv-yə bildirib ki, aparılan araşdırmalar nəticəsində vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma bu, vətəndaşlarda arxayınlıq yaratmamalıdır.

Ölkəmizdə hərbi vəziyyətlə bağlı tətbiq olunan komendant saatı müddətində aparılan yoxlamalar və araşdırmalar göstərir ki, cəmiyyətdə hərəkət iştirakçıları arasında qaydalara əməl edənlər çoxdur. Aşkarlanan ara sıra faktlar isə kütləvi xarakter daşımır.

Elşad Hacıyev qeyd edib ki, qurulan komendant postlarında hərəkət edən bütün avtomobillər və sərnişinlər yoxlanır. Müvafiq icazə sənədlərinin olub-olmaması araşdırılır. Komendant saatında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir. İcazəsi olmayanlara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür.

Qurum rəsmisi qeyd edib ki, cəbhə bölgəsində ordumuzun inamlı qələbələri düşmən tərəfində ciddi qorxu yaradır. Bu səbəbdən onlar tərəfdən hansısa təxribatların ola biləcəyi istisna edilmir. Buna görə də bütün vətəndaşlardan məsuliyyətli olmaq və qoyulan qaydalara həssaslıqla yanaşmaq tələb olunur.






Xəbərin oxunma sayı : 952




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap