Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda müxalifətin gizli görüşü keçirilib

Tarix 03.08.17, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın müxalifət partiyalarının rəhbərləri arasında gizli görüş keçirilib

AzVision.az-ın əldə etdiyi məlumata görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq deputat Sabir Rüstəmxanlının təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifət partiyalarının yenidən birlik formasında fəaliyyət göstərməsi müzakirə olunub.

Bağlı qapılar arxasında bir neçə saat davam edən görüş barədə mətbuata informasiya sızdırılmayıb. Hətta görüşdən fotonun paylaşılması da qadağan edilib. 

Toplantıda iştirak edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu belə bir görüşün keçirildiyini təsdiqləyib. 

Partiya sədri bildirib ki, görüş iyul ayının əvvəlində baş tutub: “Görüş Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə keçirilib. Məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxalif siyasi partiyaların ortaq mövqeyinin müəyyənləşdirilməsi idi. Eyni zamanda görüşdə partiyalararası funksional əməkdaşlıq, müxalif siyasi partiyalar arasındankı küsülülüyü aradan götürmək, müəyyən birlik yaradılması cəhdləri müzakirə olunub. Ümumiyyətlə, görüşdüə müzakirələt bir neçə saat davam edib”. 

S.Cəlaloğlu vurğulayıb ki, görüşdə müxalifət partiyalarının birlik formatında fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunmayıb: “Görüşdə belə bir razılığa gəlindi ki, müxalifət partiyaları hələlik funksional əməkdaşlıq etsinlər. Ölkənin, xalqın, dövlətin həyatı ilə bağlı ciddi məsələlər olanda istənilən partiya təşəbbüs qaldırsın. Görüşdə iştirak edən partiyalar bildirdilər ki, həmin təşəbbüsdə aktiv iştirak edəcəklər. Amma, hələlik müxalifət partiyaları arasında daimi birlik yaradılması barədə razılıq əldə olunmayıb. Hazırda ölkədə müxalifətçilik böhran içərisindədir. Belə bir vəziyyətdə müxalifətin birlik formatında fəaliyyəti mümkün deyil”. 

Müxalix partiya sədri qeyd edib ki, görüşdə 12 müxalifət partiyasının sədri iştirak edib: “Görüşdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müsavat Partiyasının sədri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Azərbaycan Partiyasının sədri Kamil Seyidov, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, İsa Qəmbər iştirak edib. Milli Şuranın sədri Cəmil Həsənli və dəvət olunan digər partiya sədrləri obyektiv səbəbdən görüşdə iştirak edə bilməyiblər".

Görüşün gizli keçirilməsinə gəlincə, partiya sədri bildirib ki, bununla bağlı məlumat yayılması barədə razılıq əldə olub: “Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı görüş barədə məlumat yaymalı idi”. 



Xəbərin oxunma sayı : 466




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap