Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda maşının üstündə şou göstərən rəqqasə danışdı - VİDEO

Tarix 10.02.18, 5:56

Font ölçüsü : - / +
bitmap-img6


Vaqif Əsədov: "Rəqqasə yenidən idarəyə çağırılaraq ciddi xəbərdarlıq edilməklə cərimə olunacaq"


Yolda avtomobili saxlayıb rəqs edən qızın yeni videosu yayılıb. Oxşar kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra xanım rəqqasə yol polisinə dəvət edilərək cərimə edilmişdi. Amma görünən odur ki, rəqqəsə bundan bir nəticə çıxarmayıb. O, yenə avtomobilin üstünə çıxaraq oynayıb. 

AzFakt.com-un məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda avtomobilin üstündə rəqs edən Simona Amirova bu təhlükəli hərəkətini yenindən təkrarlıyıb. Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq oynayıb.

İlk video yayıldqıdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibini aşkar edərək inzibati qaydada cərimələyib. Amma görünür xəbərdarlıq kifayət etməyib. Görüntülərdən məlum olur ki, xanım bu rəqsi ilə digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. Simona avtomobil üzərində rəqs etməsindən zövq aldığını deyir.

Əməlindən peşman olmadığını bildirən gənc rəqqasə, bundan sonra avtomobilin üstündə rəqs etməyəcəyini deyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov isə Avtosfer.az-a bildirdi ki, həmin xanım birinci fakta görə inzibati qaydada cərimələnib. Əgər o, bu rəqsini yenidən təkrar edibsə, deməli onun barəsində tətbiq edilən cərimədən və ictimayi qınaqdan nəticə çıxarmayıb. Vaqif Əsədovun sözlərinə görə, xanım rəqqasə yenidən idarəyə çağırılaraq ciddi xəbərdarlıq edilməklə cərimə olunacaq.


undefined
undefined







Xəbərin oxunma sayı : 1009




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap