Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda mənzil və torpaq sahələri bahalaşıb –Əmlak üzrə ekspert açıqladı

Tarix 11.10.18, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda avqust ayında təkrar mənzillərin qiyməti bir kvadrat metr üçün 943 dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 1,57 faiz çoxdur.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ilin əvvəlindən təkrar mənzil bazarında qiymətlər 3,87 faiz azalıb, 2017-ci ilin avqustu ilə müqayisədə isə 2,17 faiz artıb: “Bazarda təklif olunan mənzillərin orta qiyməti 124,23 min dollara çatıb. Mənzillərin kirayə dəyəri orta hesabla 526 dollar təşkil edib”.

Daşınmaz əmlak bazarının digər seqmentlərindən danışan ekspert qeyd edib ki, torpaq bazarında qiymətlər artıb, kommersiya obyektləri bazarında isə azalıb: “Avqust ayında torpaq bazarında qiymətlər 0,24 faiz, ilin əvvəlindən 7,41 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,04 faiz artıb. Kommersiya obyektləri bazarında qiymətlər bir ay ərzində 0,72 faiz, ilin əvvəlindən 0,95 faiz, ötən ilin avqustu ilə müqayisədə isə 5,89 faiz azalıb”.

Ekspert əlavə edib ki, payızın yaxınlaşması ilə əlaqədar şəhərkənarı və bağ evlərinin qiyməti cüzi azalıb:

“Avqust ayında orta qiymət 114,96 min dollar təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,49 faiz azalıb, ilin əvvəlindən isə 28,92 faiz artıb”.



Xəbərin oxunma sayı : 349




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap