“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda milyonçular villalarını satışa çıxardılar - QİYMƏTLƏR

Tarix 08.08.24, 21:34

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda hər gün fantastik qiymətə villalar satışa çıxarılır. Yay mövsümü ilə əlaqəli isə hazırda daha çox Bakıətrafı və dənizə yaxın ərazilərdə bağ evlərinə maraq daha böyükdür.

Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar. Son günlər bu cür elanların sayı daha da artıb. Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır.

Əsasən, şəhərdən bir qədər uzaq yerləşən bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir. Həkim tap

AzFakt.com yenisabah.az-a istinadən xəbər verir ki, bu dəfə 6 milyon 800 min manata satışa çıxarılan villa isə Şüvəlan qəsəbəsində yerləşir.

Sözügedən villanın 1400 kvadrat metr sahəsi var və 4 mərtəbən, 10 otaqdan ibarətdir.

Evin fantastik qiymətə satılmasının əsas səbəbi isə həyətyanı sahəsi və çimərliyə yaxın olması ilə əlaqələndirilir. Belə ki, həyətin 36 sot torpaq sahəsi var.

Satıcı qeyd edir ki, mülk dənizə çox yaxın məsafədə yerləşir. Villanın həyətində əlavə tikilisi də var. Bundan əlavə, evin 2 filtrli hovuzu, idman zalı, saunası var. Hovuzlardan biri qapalıdır, digəri isə həyətyanı sahədə yerləşir.






Xəbərin oxunma sayı : 1240




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap