Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda nazir müşavirindən oğurlananlar: 150 minlik komplekt, 350 min və 140 minlik saatlar və..

Tarix 02.12.16, 3:42

Font ölçüsü : - / +
bitmap-img6


Nazirliyin keçmiş müşaviri məhkəmədə qızıl sikkələri, brilyantları, qızıl kəmərləri necə əldə etdiyini danışıb. O, uzun illərdir birlikdə çalışdığı qohumunu 800 min manat dəyərində qızıllarını oğurlamaqda günahlandırır.
 
Musavat.com xəbər verir ki, bir neçə ay əvvələ qədər nəqliyyat naziriliyində  müşavirolmuş, 58 yaşlı qohumunu 800 minlik daş-qaşını ələ keçirməkdə günahlandırıb həbs etdirən Çingiz Baxşıyev dekabrın 1-də növbəti dəfə məhkəmədə hakim qarşısına çıxarılıb.
 
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sabiq nazir müaşaviri hakimin və proses iştirakçılarının sualarını cavablandırıb.
 
İttihama görə, Çingiz Baxşıyevin qohumu Rövşən Əhmədov onun özünün 695 minlik, qızlarından Fatmanın 50 minlik, Sevilin isə 55 minlik qızıl-zinət əşyalarını ələ keçirib.
 
Sonuncu məhkəmədə müşavirifadəsində oğurlandığı iddia olunan qızılları haradan əldə etməsindən danışıb.
 
“Atamdan xeyli qızıl qalmışdı”
 
O deyib ki, uzun müddət Qırğızıstanda, daha sonra Almaniyada işləyib. Qızılların əksəriyyəti ona atasından qalıb: "Universiteti bitirdikdən sonra Qırğızıstana göndərildim. Əvvəlcə orada "Avtobaza"da mexanik, sonra baş mühəndis, ardınca "Avtobaza"da müdir oldum. Ən böyük sərnişindaşıma "Avtobaza"sının müdiri idim. Qırğızıstanda dəri zavodunun baş direktoru vəzifəsində də çalışmışam. Sovet hökuməti dağıldıqdan sonra sərbəst şəkildə biznesə başladım. Almaniyada 11 il şəxsi biznesim oldu. Nəqliyyat sektorunda və digər sahələrdə. Həm də mənə və ailəmə atamdan xeyli qızıl qalmışdı. Atam Berlində qubernatoruqluqlardan birində komendat olub, öz biznesini qurub. 1997-ci ildə atamın mənə dollarla pul verməsi ilə bağlı notariusda təsdiq olunmuş sənəd də var. Onu da məhkəməyə təqdim edə bilərəm".
 
Hakim və vəkillərin suallarını cavablandıran sabiq nazir müşaviri Bakıya qayıtdıqdan sonra hansı vəzifələrdə çalışmasına da aydınlıq gətirib: "2003-cü ildə Nəqliyyat Nazirliyində Departament rəisi olmuşam. 2014-cü ildən isə nəqliyyat nazirinin müşaviri kimi çalışmışam. 7-8 ay əvvəl isə təqaüdə çıxmışam".
 
Çingiz Baxşıyev sual-cavab zamanı oğurlandığı deyilən 800 min manat dəyərindəki qızıl sikkələri haradan almasını da açıqlayıb: "Uzun illər xarici ölkələrdə olmuşam, bizneslə məşğul olmuşam. Qızılları orada olanda almışam. Qızıl sikkələrin əksəriyyəti atamdan qalıb".
 
Oğurlanan qızıllar arasında Bakıdan aldığı qızılların da olduğunu da deyən Ç.Baxşıyev qeyd edib ki, həmin qızıllar ad günləri və məclislərdə ona hədiyyə edilib.
 
O, həbs olunan qohumu Rövşən Əhmədovla qohumluq əlaqəsindən başqa heç bir biznes əlaqəsinin olmadığını deyib.
 
Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov isə bildirib ki, Çingiz Baxşıyevin Salyandakı stomotoloji klinikası Rövşən Əhmədovun adına olub: "Bu onu göstərir ki, Çingiz Baxşıyevin Rövşən Əhmədova böyük etibarı olub. Əgər Rövşən də onu aldatmaq istəsəydi, elə öz adına rəsmiləşdirilən milyon manatlarla dəyəri olan klinikanı ələ keçirərdi".
 
“Çingizin 30-40 milyon avrosu mənim evimdə nə edirdi?"
 
Qohumunun onu zəhərləməsindən danışan Çingiz Baxşıyev bunları söyləyib: “Rövşənin bacısını döyməsi ilə bağlı Salyanda məhkəmə var idi. Bacıları Rövşənə dedi ki, “sən necə adamsan ki, sənə hörmət edən Çingizə su verib, zəhərləmisən?”. Rövşənin arvadı da dedi ki, “ağlı olardı, içməzdi””.
 
Rövşən Əhmədov isə Çingiz Baxşıyevin dediklərinə etiraz edib.
 
O bildirib ki, Ç.Baxşıyev yalan danışır: "Zəhərləməyim yalandır. Guya qış ayında bulvarda gəzəndə əlimdə su olub. Zəhərli suyu Çingizə vermişəm. Qışın o soyuğunda bulvarda suyu kim içərdi? Həm də Çingizin evinə bütün bazarlığını, əti, balığı, çörəyi mən almışam. Evin adamı kimi etibar ediblər. Bir də ki, Çingiz deyir ki, qohumluqdan başqa heç bir işimiz, əlaqəmiz olmayıb. Bəs onda Çingizin 30-40 milyon avrosu mənim evimdə nə edirdi?"
 
Məhkəmədə sabiq nazir müşavirinin dindirilməsi başa çatıb.
 
“Avro, Çin pulu, sterlinq, qızıllar”
 
Növbəti ifadəsi dinlənilən şəxs təqsirləndirilən Rövşən Əhmədov olub. Rövşən Əhmədov Ç.Baxşıyevlə münasibətlərindən və hadisədən danışıb: "2003-cü ildən Çingizin yanında işləmişəm. Bir ailə kimi olmuşuq. Hər şeyini mənə etibar edib. Mənim evimdə 50 milyona qədər avrosu, Çin pulu, sterlinq, qızıllar olub. Sonuncu dəfə 3 qab qızıl evimizdə idi".
 
Hadisə baş verən günü xatırlayan R.Əhmədov bildirib ki, hər şey evində olan 3 qab qızılı Çingiz Baxşıyevin evinə apararkən başlayıb: "Qızımın toyu olacaqdı. Çingizə dedim ki, evdə adam çox olacaq. Gətirim, verim özün saxla. Sonra götürərəm. Zəngləşib, evinə apardım. Liftdə olanda zəng elədi ki, qızım Fatmagilə apar. Mən də dediyi kimi etdim. Fatmagilə gedəndə qapını kürəkəni Ayaz açdı. Zəng edib Çingizə dedim ki, Fatma evdə yoxdur. Ayaza verməyimi istədi. Verib getdim. Nə Çingiz, nə də qızı Fatma toyumuzda iştirak etmədi".
 
150 minlik brilyant komplekt, 40 minlik üzük, 350 min və 140 minlik saatlar
 
Onun sözlərinə görə, Ç.Baxşıyevin qızı Fatma atasına qızıllarının az olduğunu həmin gün yox, bir neçə ay sonra Avstriyada deyib: "Çingiz xəstələndiyi üçün Avstriyaya apardılar. Orda Fatma atasına deyib ki, qızılların yarısı yoxdur. 3 ağzı bağlı qab idi. Yarısının olmadığını hardan bildi? Niyə, 6 qab idi ki, 3-nü aparmışam? Fatma nə qədər qızıl olduğunu da bilmirdi. Sonra Çingiz məni çağırıb dedi ki, qızıllar yoxdur. 3 qabdan 2-si mən gedəndə açılmışdı. 1-ni isə mənim yanımda açdı. Həmin qabda 700 qramlıq qızıl kəmər, 150 minlik brilyant komplekt, 40 minlik brilyant üzük, 15 minlik siqaret qabı və özünün aldığı 350 min və 140 minlik saatlar var idi. Ancaq digər qızıllar yox idi".
 
R.Əhmədov yoxa çıxan qızılların kim tərəfindən oğurlana biləcəyi ilə bağlı da iddia səsləndirib. O deyib ki, qızılları Çingiz Baxşıyevin oğlu və kürəkəni aparıb: “Çingizin oğlu Nəriman və kürəkəni Ayaz şərik iş görürdülər. Avstriyada da biznesləri var idi".
 
“Onluq sikkə 440 manat, beşlik sikkə isə təxminən 220 manatdır”
 
R.Əhmədov onu da əlavə edib ki, zərərçəkmiş kimi göstərilən Çingiz Baxşıyevin və qızların istintaqa verdiyi ifadələr və tələb həqiqətə uyğun deyil: "Hər kəs gedib bazarda maraqlana bilər ki, onluq sikkə 440 manat, beşlik sikkə isə təxminən 220 manatdır. Bunlar da 800 minlik qızıl sikkələrin yoxa çıxdığını deyir. 800 minlik onluq sikkə 2000 ədəd edir. 2000 ədəd onluq sikkə isə 16 kiloqram edir. Görəsən, bunlar 3 ədəd 2 kiloqramlıq bankaya 16 kiloqram sikkəni necə yerləşdiriblər?"
 
Oğurluqda ittiham olunan R.Əhmədov onu da bildirib ki, qızılların evdə saxlanılmasına həyat yoldaşı həmişə etiraz edib: "Yoldaşım deyirdi ki, apar ver özünə. Qorxurduq. Ancaq yoldaşım evə nə gətirsəm, dəftərə yazırdı. Heç vaxt evdən ikimiz də getmirdik. Birimiz gedəndə birimiz qalırdıq. Bir dəfə Çingiz Çin pullarını məndən istədi. Nə qədər axtardımsa, tapmadım. Sonra evi axtaranda yoldaşımdan soruşdu. Dəftərə baxıb dedi ki, iki ay əvvəl Çingiz özünə qaytarmışam. Çingiz özü sonradan pulu tapdı və üzrxahlıq etdi".
 
Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.
 



Xəbərin oxunma sayı : 4948




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap