Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda poçt şöbəsindən külli miqdarda pul oğurlanıb? – Rəisin açıqlaması

Tarix 22.06.19, 20:57

Font ölçüsü : - / +
bitmap-img6

“Bu gecə “Azərpoçt”un 6 saylı poçt filialının 72 saylı poçt şöbəsindən 26 min manat pul oğurlayıbılar.”

Bu xəbəri “AzPolitika.info”ya  rabitə sektlorunda baş verənlərdən məlumatlı şəxs verib.

Mənbə Aşıq Alı küçəsi 4А-da – “Şəhər bağları” ilə üzbəüz yerləşən poçt şöbəsində belə böyük miqdarda pulun saxlanılmasının qanunsuz olduğu üçün oğurluq faktının gizlədilməsinə çalışıldığını da iddia edir. Belə ki, “Poçt haqqında” qanuna görə, iş günü sona çatdıqda poçt şöbələrində maksimum 500 manat pul saxlana bilər. “Emin Mustafayev “Azərpoçt” MMC-yə rəhbər təyin olunduqdan sonra özbaşına olaraq qanunun bu normasını ləğv elədi. Daha doğrusu, qanuna əməl edilməsi məcburiyyətini ortadan qaldırdı. Bundan sonra kim istəyirdi poçt şöbəsində 30 min saxlayırdı, kim istəyirdi 50 min.

emin

Ancaq poçtlar bank kimi mühafizə olunmadığından bu yolverilməzdir. Çünki məhz lazımı mühafizə sistemi olmadığı üçün son dövrlərə qədər poçt şöbələrində 200-300 manat, maksimum 500 manat saxlanılırdı. Emin Mustafayevin qanunun bu tələbinə əməl edilməsi məcburiyyətini qaldırması öz acı nəticəsini göstərdi. Bu gecə 72 saylı poçt şöbəsindən 26 min manat pul oğurlandı.” – deyə mənbə bildirib.

Onun sözlərinə görə, “Poçt haqqında” qanunda dəyişiklik edilmədiyindən, poçt şöbələrində belə yüksək miqdarda pulun saxlanılması qanunsuzdur: “Məndə olan məlumata görə, polis də ilk növbədə məhz qanunun icazə vermədiyi halda belə yüksək məbləğdə vəsaitin poçt şöbəsində niyə saxlanıldığını soruşub. Ona görə “Azərpoçt”un rəhbərliyi cinayət işi qaldırılmadan işi ört-basdır etmək istəyir. Bu da düzgün deyil. Sabah başqa poçt şöbələrində də eyni hal baş verə bilər. Bu cinayətin gizlədilməsi oğuruluğa şərait yaratmaqdır”.

Sözügedən iddia ilə bağlı “Azərpoçt”un 6 saylı poçt filialının 72 saylı poçt şöbəsinin rəisi Eldar Əhmədovun da mövqeyini öyrəndik. O, poçt şöbəsindən 26 min manatın oğurlanmasına dair iddanı qəti şəkkildə təkzib etdi: “Gün ərzində 15 min, 26 min, bəzən 200 min də yığıla bilər. Yəni, bu qədər dövriyyənin olması mümkündür. Ancaq yığılan pulu hər axşam inkasator gəlib aparır”.

Eldar Əhmədov poçt şöbəsindən hər hansı oğuruluq olmadığı üçün cinayət işinin qaldırılmadığını da sözlərinə əlavə etdi. “Bunu polislə də əlaqə saxlayıb dəqiqləşdirə bilərsiz”.





Xəbərin oxunma sayı : 235




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap