Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda polis əməliyyatı –Mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb

Tarix 21.05.19, 12:01

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında 20 Yanvar küçəsində yerləşən mağazadan oğurluq edilməsinin qarşısı alınıb

AzFakt.com DİN-ə istinadla xəbər verir ki, xüsusi texniki vasitələrlə qorunan obyekdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman oranın qapısının sındırıldığı müəyyən edilib. Polis əməkdaşları hadisə yerinə daxil olan zaman əlində kəsici alət olan bir nəfəri mağazadan oğurluq etmək istəyən zaman saxlamağa nail olublar. Ərazi üzrə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə aparılan həmin şəxsin yetkinlik yaşına çatmayan S.P olduğu müəyyən edilib.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda müxtəlif vaxtlarda 1 avtomobildən, dərzi sexi, gözəllik salonu və daha bir mağazadan pul, həmçinin mobil telefonlar oğurladığı müəyyən edilib. Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlara müqavilə bağlayan fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur.



Xəbərin oxunma sayı : 208




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap