Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda qızıl ucuzlaşır - Amma alan yoxdur...

Tarix 10.01.19, 12:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda artıq bir neçə gündür qızılın qiyməti ucuzlaşmaqda davam edir. Belə ki, son məlumatlara görə, yanvarın 8-də qızılın qiyməti yanvarın 7-si ilə müqayisədə 9,945 manat azalaraq 1 unsiya üçün 2181,2615 manat təşkil edib. Gümüş 0,4041 manat ucuzlaşaraq 1 unsiya üçün 26,4313 manata bərabər olub. Platinin qiyməti 14,8665 manat azalaraq 1394,1785 manat, palladiumun qiyməti isə 11,6365 manat azalaraq 2212,8135 manat təşkil edib.

Bəs qızıl satılan mağazalarda durum necədir? Satıcılar qiymət enməsini nə ilə əlaqələndirirlər?

“Yeni Müsavat”ın əməkdaşı olaraq Bakıda yerləşən bir neçə qızıl mağazasında olub, vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, qızıl satılan yerlərdə alıcılar bir o qədər də gözə dəymir. Qiymətlər ucuzlaşsa da, alıcı qıtlığı yaşanır. Halbuki hazırda toy mövsümüdür və istər-istəməz toy planlaşdıran şəxslərin yolu bu mağazalardan keçməlidir.

Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, hazırda qızılın qiymətinin enməsi mövsümü xarakter daşıyır: “Hər il qış aylarında qızılın qiymətində enmə olur. Əsasən də yanvar ayında qiymətlər aşağı düşür, martda isə qalxr. İndi də qiymətlərin aşağı olması eyni səbəbdən qaynaqlanır. Bazarda 583 və 585 əyarlı qızılın 1 qramının qiyməti 50 manatadır”, - deyə satıcı Nicat bildirdi.

Bazarlarda 750 əyarlı qızılın qiyməti isə 75-90 manat arasında dəyişir.

Qeyd edək ki, manatın məzənnəsinin sabit qalması bazarda son illər qızılın qiymətinin dayanıqlı olmasına səbəb olub. Bu barədə danışan satıcılar bildirdilər ki, qızılın qiymətində kəskin oynamalar sonuncu dəfə 2015-ci ildə baş verib. O zamandan sonra isə qızılın qiymətində kəskin dəyişiklik yoxdur. Onlar həmçinin qeyd etdilər ki, dünya bazarında qızılın qiymətinin dəyişməsi bazarda hiss olunmur. Onlar qiymətlərin daha çox manat-dollar münasibətindən asılı olduğunu söylədilər.

“Azərbaycanda əsasən qızıl-bəzək əşyaları ”belinski" brilyantla satılır. Ona görə də qiyməti bir o qədər də baha olmur. Lakin müştəri olur ki, deyir mənə Sibir brilyantı ilə üzük lazımdır. Həmin brilyantları da tapan, gətirən çox adam yoxdur. Təbii ki, bu cür brilyantla olan üzüklər və digər bəzək əşyaları baha olur. Ona görə də insanlar bəzək əşyası alan zaman bahalığı görüb, bunu qızılın bahalaşması kimi xarakterizə etməsinlər. Qızılla birlikdə bəzək əşyasının ümumi dəyərinə üzərində olan brilyantın da təsiri var. Elə qiymətin formalaşmasında əsas yeri brilyant tutur", - deyə satıcılar söylədilər.

Bazardakı vəziyyətlə bağlı iqtisadçı fikri də aldıq. “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, qızılın qiymətinin aşağı düşməsi dünyada gedən proseslərlə də bağlıdır: “Son zamanlar Çinlə Amerika arasındakı danışıqlarda pozitiv nəticələr əldə olundu. Hər iki tərəfdən pozitiv açıqlamalar oldu ki, ticarət müharibələri sonlana bilər. Eyni zamanda gömrük və vergi rüsumları ilə bağlı bu ayın sonuna qədər danışıqlarda müsbət nəticələrin əldə edilməsi mümkündür. Bütün bunlar isə risk iştahını artırır. Yəni dünya ticarətinin gələcəkdə daha da artması ehtimalı yüksəldi deyə, yenə qiymətli kağızlara yatırımçıların marağı çoxaldı. Qiymətli kağızlara aksiyalara yönələn yatırımçılar, əllərində olan qızıl, gümüşü satmağa başladılar. Bütün bunlar isə qızılın qiymətinin düşməsinə təsir göstərdi. Eyni zamanda Federal Rezerv Sisteminin rəhbəri açıqlama verdi ki, 2019-cu ildə daha ehtiyatlı davranacaqlar. Hətta ola bilər ki, bu il faiz artımına gedilməsin. Gedilsə də, cəmi 1 faiz artım olacaq kimi açıqlama verildi. Bu da dünya birjaları tərəfindən iqtisadi aktivliyin daha da yüksələcəyi anonsu kimi qəbul edildi. Ona görə də dollar indeksinin son iki gündür ki, azalmasının, yəni bu valyutanın ucuzlaşmasının şahidi oluruq. Bu isə qızıla mənfi təsir göstərən amildir. Yəni əsasən bu iki fakta görə son günlər dünya bazarında qızılın qiymətində ciddi dəyişikliklər müşahidə olunur. Əgər bu ayın sonuna yaxın Çinlə Amerika arasında ticarət müqavilələri bağlansa, Avropa ilə Amerika arasında ticarətin hər iki tərəfindən tənzimlənməsi ilə bağlı danışıqlar uğurla başa çatsa, şirkət səhimlərinə maraq daha da artacaq. Şirkət səhimləri almaq istəyən yatırımçılar isə qızıla olan yatırımlarını geri çəkəcəklər. Qızıl tarixən iqtisadi-siyasi təlatümlü dövrlərdə güvənli liman rolunu oynayıb. Son zamanlarda da dünya ticarəti ilə bağlı problemlər yaşanan zaman yatırımçılar güvənli liman kimi qızılı seçmişdilər. Qızılı satanların sayı artarsa, bazarda bu qiymətli metalın qiyməti bir qədər də enəcək”.



Xəbərin oxunma sayı : 169




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap