Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda Qadın voleybolçular arasında Avropa çempionatına start verildi

Tarix 22.09.17, 23:13

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi açılış mərasimi keçirilib

Bədii hissədən sonra yarışın Təşkilat Komitəsinin sədri, baş nazirin müavini Yaqub Eyyubov çıxış edib.

O bildirib ki, Avropanın ən güclü komandaları Bakıya toplaşıb. Y.Eyyubov Azərbaycanın bütün tədbirəri, o cümlədən idman təbdirlərini yüksək səviyyədə keçirməyə qadir olduğunu deyib: “Odlar yurdu Azərbaycana gələn bütün qonaqları salamlayıram. Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan, Macarıstan, Polşa və Almaniya yığmalarına “Azərbaycana xoş gəlmisiniz” deyirəm. Bu gün Azərbaycan bütün tədbirəri, o cümlədən idman təbdirlərini yüksək səviyyədə keçirməyə qadirdir. Bunun sübutu olaraq Formula 1 üzrə Azərbaycan Qran Prisini, I Avropa Oyunlarını, Bakı Şahmat Olimpiadasını qeyd edə bilərəm. 2019-cu ildə futbol üzrə Avropa Liqasının final vəi 2020-ci ildə Avropa çemionatının qrup oyunları da Bakıda təşkil olunacaq”.

Y.Eyyubov Təşkilat Komitəsi adından qadın voleybolçular arasında Avropa çempionatını yüksək səviyyədə keçirəcəklərinə əminliyini ifadə edib: “Yarışda Azərbaycan yığmasının uğurlu çıxış edəcəyinə ümidvarıq. Azərbaycan volyebolu böyük yüksəliş yolu keçib. Komandamız Avropa Liqasının qalibi olub, dünya Qran Prisinə vəsiqə qazanıb. Bütün voleybol ictimaiyyətini təbrik edirəm. Avropa çempionatını açıq elan edirəm”.

Virtualaz.org xatırladır ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilib.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa; B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya; C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna; D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

Bakıda Avropa çempionatının I turu çərçivəsində Milli Gimnastika Arenasında keçirilən ilk oyunda  Ukrayna və Rusiya yığmaları üz-üzə gəliblər. C qrupuna təsadüf edən görüşün taleyi "tay-breyk"də həll olunub. Matç ərzində hesabda iki dəfə önə keçməsinə baxmayaraq, Rusiya rəqibinə çətinliklə qalib gəlib – 3:2.

**

10:11

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.

“Report” xəbər verir ki, qitə birinciliyinin oyunları 3 məkanda keçiriləcək.

Turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.

A qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək.

Avropa çempionatı

I tur

22 sentyabr

A qrupu

18:00. Macarıstan – Azərbaycan

20:00. Almaniya – Polşa

Bakı. Milli Gimnastika Arenası

B qrupu

18:00. İtaliya – Gürcüstan

21:00. Belarus – Xorvatiya

Tbilisi. Yeni İdman Sarayı

C qrupu

15:30. Ukrayna – Rusiya

Bakı. Milli Gimnastika Arenası

D qrupu

17:00. Serbiya – Çexiya

20:00. Hollandiya Belçika

Göygöl. Olimpiya İdman Kompleksi



Xəbərin oxunma sayı : 127




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap