Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda qanlı hadisə: ev sahibi qonağını döyə-döyə öldürdü

Tarix 04.07.17, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtda qətl hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb.

Hər iki şəxs sərxoş vəziyyətdə olub.

Bildirilir ki, hadisənin baş verdiyi mənzil Malik Həsənova məxsusdur. Dünən tanışı Zakir Səlimov onun evinə qonaq gəlib. Qeyri-stabil həyat tərzi sürən və içkiyə meyilli olan dostlar burada yeyib-içiblər.

Daha sonra M.Həsənov 66 yaşlı Zakirdən evi tərk etməsini tələb edib. Tək qalmaq istədiyini və istirahət edəcəyini deyən M.Həsənov qonağın getmək istəmədiyini görüncə onunla mübahisə edib. Mübahisə daha sonra münaqişəyə çevrilib və 45 yaşlı Malik taxta parçası ilə qonağın başına 3-4 ağır zərbə endirib. Z.Səlimov hadisə yerindəcə keçinib.

Cinayəti törədən M.Həsənov daha sonra könüllü olaraq polis bölməsinə gedib, törətdiyi əməli etiraf edərək təslim olub.

Araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 205




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap