Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda tikinti özbaşınalığı: “Tarqovı”dakı binalara edilən “calaq”lara kim və necə icazə verir?

Tarix 14.11.20, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


“Məmurların pulu belə çoxdursa, Qarabağda tikililərin bərpasına böyük sərmayələr qoysunlar”.

Son vaxtlar Bakının mərkəzi hissəsində, xüsusilə, “Tarqovi” kimi tanınan Nizami küçəsində yerləşən bir sıra binalara yeni əlavələr edilir. Konkret desək, mülkiyyətçi sahibi olduğu binanı tikinti standartlarına və müvafiq qanunvericiliyə zidd qaydada “böyüdərək”, paytaxtın memarlıq estetikasını tamamilə korlayır.

Belə “əlavə”lərə məruz qalan tikililərdən biri də qeyd olunan ərazidə yerləşən “Nərgiz Mall”dur. Təqdim olunan fotolar “arxitektur novatorluğun” yaratdığı mənzərənin eybəcərliyini real əks etdirir.

Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, bu gün Vətən Müharibəsindən sui-istifadə edərək, rüşvət yığan və qanunsuz əməllərə şərait yaradan məmurlar yenidən aktivləşiblər:

“Prezidentin başının torpaqlarımızın işğaldan azad olunmasına qarışdığı bir vaxtda bəzi məmurlar ölkədə özbaşınalıq etməyə çalışırlar. Bu məmurlar Azərbaycanın daxilində bəzi yerləri işğal etməyə cəhd göstərirlər.

Onlar mövcud vəziyyətdə də öz tamahlarından əl çəkmirlər, vicdansızlıq edirlər. Həmin məmurlar öz var-dövlətlərini artırmağa can atsalar da, müharibədən sonra onlara qarşı ciddi tədbirlərin görüləcəyinə ümid edirəm.

Əgər həmin məmurların məqsədi həqiqətən, yaxşı olsaydı, işğaldan azad olunmuş torpaqlarımızda inşa və təmir işlərinə dəstək verərdilər. Məmurların pulu belə çoxdursa, Qarabağda tikililərin bərpasına böyük sərmayələr qoysunlar.

Əks halda, xalqdan oğurlanan pullarla Bakının mərkəzində qanunsuz inşaat işləri həyata keçirmək xoş niyyətdən xəbər vermir. Ona görə də bu məsələni ciddi nəzarətdə saxlamaq lazımdır. Qeyri-qanuni işlərlə məşğul olan oliqarxlara qarşı aidiyyatı qurumlar sərt tədbirlər həyata keçirməlidir”. (YeniÇağ.az)

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 406




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap