Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda tikintisi davam edən binalarda mənzillər neçəyədir? –VİDEO

Tarix 12.11.17, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Mənzil alarkən pula qənaət etməyin müxtəlif yolları var. Bunlardan biri tikintisi başa çatmamış binalardan mənzil almaqdır. Elə paytaxtda bir çox vətəndaş da puluna bu yolla qənaət edir və belə vətəndaşların sayı kifayət qədərdir. Ancaq ekspertlər bu yolun riskli olduğunu deyirlər.

Xəzər TV xəbər verir ki, paytaxtda yarımtikili binadan mənzil almaq istəyənlərin sayı çoxalıb. Ekspertlərin sözlərinə görə, əvvəlki illərlə müqayisədə tikintisi davam edən binalardan mənzil alanların sayında 30 faiz artım var.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bu tendensiyanın yaranmasının əsas səbəblərindən biri belə mənzillərin qiymətinin hazır mənzillərlə müqayisədə ucuz olmasıdır. Bəzi vətəndaşlar belə binadan mənzil alıb daha aşağı qiymətə, öz imkanlarına uyğun şəkildə təmir etməyə üstünlük verirlər

Araşdırmalara əsasən, hazırda yarımtikili binalar daha çox paytaxtın Nəsimi, Xətai, Səbail və Nərimanov rayonlarında yerləşir.

Ən ucuz belə mənzillər Səbail rayonunda satilir.

Belə ki, Bayıl qəsəbəsi ərazisində 9-10 mərtəbə səviyyəsində tikilən binadan ev sifarişi hazirda kv.m üzrə 1000-1400 manat təskil edir.

Yarımtikili binalar üzrə ən baha evlər Xətai rayonunda təklif edilir. Burada 4-5 mərtəbə tikilən binada mənzillərin qiyməti kv.m üzrə 1350-1800 manat arasında dəyişir.

Ekspert Ramil Osmanlının sözlərinə görə, qiymət məsələsinə görə vətəndaşlar şirnikləşsələr də, tikintisi davam edən binadan mənzil almağın riskləri var.

Ona görə də vətəndaşlar mənzil alarkən risk amilini nəzərə alsalar, yaxşıdır.









Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap