Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda torpaq neçəyədir? - VİDEO

Tarix 29.05.17, 2:18

Font ölçüsü : - / +
bitmap-img6


Adətən torpaq qiymətlərinin bahalaşdığı bu vaxtlarda əksinə gedən bir proses baş verir. Bakı və ətraf ərazilərdə torpaq qiymətlərində 5 faizədək ucuzlaşma müşahidə olunur. Mütəxəssislər bunu daşınmaz əmlak bazarında meydana gələn yeni şəraitlə izah edirlər.

Xezerxeber.az bildirir ki, Bakıda aprel-may aylarında adətən torpaq qiymətləri artdığı halda bu il qiymətlərdə enmə müşahidə edilir. Ucuzlaşma təxminən 5 faiz civarındadır. Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov bunun hazır evlərin qiymətinin ucuzlaşması ilə bağlı olduğunu bildirir.

Ən ucuz torpaq qiymətləri isə paytaxtın müxtəlif bölgələrində və Bakıətrafı ərazilərdə təxminən 1500-6000 manat arasında dəyişir.

Tikinti bazarında da xaricdən gətirilən materialların qiyməti baha olduğuna görə insanlar hazırda bina tikməkdən daha çox hazır ev almağa üstünlük verirlər. Vəfadar Axundov daşınmaz əmlak bazarının canlanmasını ölkə iqtisadiyyatı baxımından da vacib sayır. Çünki bu sahənin canlanması eyni zamanda sığorta, bank kimi sahələrin də inkişafı deməkdir.

Mütəxəssisin sözlərinə görə, hazırda daşınmaz əmlak bazarında nisbətən canlanma yalnız bağ evləri sahəsindədir. Digər növ daşınmaz əmlak bazarında isə hələlik ciddi dəyişiklik yoxdur.







Xəbərin oxunma sayı : 298




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap