Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda toy karvanındakı “Prado”lu avtoxuliqan kimdir?- VİDEO

Tarix 21.07.18, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda daha bir toy karvanında avtoxuliqanlıq hərəkətləri qeydə alınıb.

Prado” markalı avtomobilin sürücüsü toy karvanı olarkən “şou” göstərməyə başlayıb. Hadisə Heydər Əliyev prospektində üzü hava Limanı istiqamətində baş verib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sürücünün insanların həyatını necə riskə atdığı aydın görünür.

“Prado”nun sürücüsü əvvəlcə toy karvanın önünə keçərək kamera qarşısında bir neçə avtoxuliqanlıq hərəkətləri edir. Bu zaman qoşaxətti keçərək yolun əks istiqamətindən gələn avtomobillərin önünə çıxır. Digər sürücülərin sayıqlığı nəticəsində qəza baş verməsinin qarşısı son anda alınır. Avtoxuliqanlıq edən “Prado”nun sürücüsü hətta toy karvanını lentə alan kameramanın əyləşdiyi maşını da vurmaqdan son anda qurtulur.

Özünün və başqalarının həyatını heçə sayan, qanunlara və cəmiyyətə açıq şəkildə hörmətsizlik edən belə sürücülər mütləq cəzalandırılmalıdır.

Qeyd edək ki, daha əvvəl də bu cür avtoxuliqanların əməlləri sosial şəbəkələrdə, mətbuatda ictimailəşdirilib. Dövlət Yol Polisi də bu cür hadisələrə dərhal reaksiya verərək həmin sürücülərin qısa zamanda qanunla nəzərdə tutulmuş şəkildə cəzalandırılmasını təmin edib.





Xəbərin oxunma sayı : 601




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap