Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda tramvay gözləmək: Üzü astarından baha başa gələ bilər

Tarix 26.05.20, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


Bu nəqliyyat növünün bərpasına münasibət fərqlidir

Nə vaxtsa tramvaylar paytaxt mənzərəsinin bir hissəsi idi, lakin şəhər rəhbərliyi bunlara ehtiyac olmadığını düşündü. Bakıdakı tramvay xətləri söküldü və bu nəqliyyat növü də unuduldu. Ancaq son illərdə onun yenidən bərpası barədə fikirlər səslənir. Bu təklifi dəstəkləyənlərin fikrincə, tramvay nəqliyyatı Bakıda tıxacların xeyli azalmasına səbəb olacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən AYNA-ya verilən məlumata görə, hazırda bu layihə müzakirə olunur. Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakının Baş Planında nəzərdə tutulmuş tramvay xətlərinin çəkilişi ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılır.

Hazırda tramvay xətlərinin çəkilməsində və bu işə nəzarətdə hansı qurumların iştirak edəcəyi də müzakirə olunur. Bundan əvvəl QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvay xətlərinin sxeminin hazırlandığını demişdi. Qeyd etmişdi ki, söküldükdən sonra onları bərpa etmək çətin olur: “Buna görə biz layihənin həqiqətən hazırlanıb-hazırlanmadığını öyrənmək üçün xarici şirkətlərə müraciət etdik. Tramvay xətləri paytaxtın Əhmədli, Biləcəri, Pirşağı kəndlərini, eləcə də Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsini əhatə edəcək”.

“Sürücülərin təhsilinə yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov AYNA-ya açıqlamasında deyib ki, tramvayın bərpası həm büdcəyə vəsait gətirəcək, həm də yanacağa qənaət etməyə kömək edəcək: “İnsanların ictimai nəqliyyata etibarını bərpa etmək, bunun üçün müvafiq şərait yaratmaq lazımdır. Ən azı, indi metroya etibar etdikləri qədər ümumi ictimai nəqliyyata etibar etməlidirlər. Hazırda paytaxt sakinləri bilirlər ki, harasa geciksələr, metro onların imdadına çatacaq, tıxaclar və gecikmələr olmayacaq, qatarlar tez-tez işləyir. Əsas odur ki, düzgün logistikadır. Tramvay da belə vasitələrdəndir”.

"Başqa ölkələrdə olduğu kimi, indiki dövrə qədər tramvaylar qorunsaydı, onları yenidən necə canlandırardılar. O zaman tramvay parkını yeniləyə bilərdilərmi, yeni növ tramvaylara keçid edə bilərdilərmi?! Bu sualların cavabı verilməlidir. Ancaq indi Bakıda hər şeyi sıfırdan yaratmaq lazımdır - tramvay xətləri, elektrik naqilləri, tramvaylar almaq və s. Tramvay xətlərini yenidən çəkmək üçün bütün şəhəri qazmalısınız. Bunun mənası yoxdur. Məqsəd sərnişinlərin rahatlığını təmin etməkdirsə, bu, bahalı və uzun bir yoldur. Yenidən suallar yaranır. Məsələn, o boyda xərci çəkməyə hazırıqmı?”, - ekspert vurğulayıb.

Məmmədov hesab edir ki, daha asan yol mövcud nəqliyyat növlərini inkişaf etdirməkdir: “Elektriklə işləyən avtobuslar almaq olar. Onların müasir modelləri tez enerji yığır, ekoloji cəhətdən səmərəli, qənaətcildir, ümumiyyətlə bir çox üstünlüyə malikdir. Tramvayların yenidən çəkilməsi çox çətin prosesdir. Tramvay şəbəkəsi bütün şəhəri əhatə etməlidir, bunu yalnız bir ərazidə etməyin heç bir mənası yoxdur. Nəzərə almaq lazımdır ki, yol işləri olduqca baha başa gəlir. Tramvaylara üstünlük verməyin mənası nədir? Layihəyə on milyonlarla sərmayə yatırmaq məcburiyyətində qalacaqlar və ən böyük sual odur ki, xərc necə ödəniləcək?! Dövlət həmin vəsaiti necə çıxaracaq? Üstəlik, tramvay parkının bərpası illər boyu davam edəcək və illər sonra nə baş verəcəyini indi heç kim proqnozlaşdıra bilməz”.

Nəqliyyat eksperti Vaqif Ədilov isə AYNA-ya şərhində tramvayın bərpasının müsbət nəticələr verəcəyini bildirib: “Tramvay xətlərinin bərpasını əhalinin sıx olduğu ərazilərdən başlamaq lazımdır. Başlanğıc uğurlu olsa, bu, layihənin tam əhəmiyyətini görməyə imkan verəcək. Ancaq mən hesab edirəm ki, yalnız tramvaylarla məhdudlaşmaq lazım deyil, burada trolleybuslardan istifadə etmək də məqsədəuyğundur. Elektrik nəqliyyatına keçid məsələsinə gəldikdə, kütləvi keçid üçün enerji imkanları kifayət etməyəcək”.

“Tramvay və trolleybusların geri dönməsindən bəhrələnmək üçün onları xaricdən almaq yox, özümüz istehsal etməliyik. Bunun üçün ölkədə hər cür şərait mövcuddur. Bundan əlavə, Azərbaycan indi qeyri-neft sektorunun inkişafına sərmayə yatırır və bu da əlavə iş yerlərinin yaradılması deməkdir. Xaricdən nəqliyyat alsaq, onun xərci istismara başlamasından 15 il sonra ödəniləcək. Əgər ölkədə istehsal olunarsa, 2-3 ilə ödəniləcək və bundan sonra qazanc əldə etməyə başlanılacaq”, - Ədilov əlavə edib.



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap