Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakıda turistin başına oyun açan əxlaqsız qadınlar tutuldu

Tarix 23.06.17, 3:58

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 20-də Bakıda turisti qarət edən qadınlar tutulub. 

AzFakt.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. 

Məlumata əsasən, turistin “102 Zəng Mərkəzi”nə müraciətindən sonra məlumat dərhal aidiyyatı üzrə Səbail RPİ-nin 9-ci Polis Bölməsinə ötürülüb. Bölmənin rəisi Elsevər Qədirovun rəhbərliyi ilə əməliyyat qrupu yaradılıb və polislər hadisə yerinə gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, ölkəmizə turist kimi səfərə gəlmiş İraq vətəndaşı Manaf Abdulməcid həmin gün tanış olduğu 3 qadını kirayədə qaldığı mənzilə dəvət edib. Qısa tanışlıqdan sonra Manafın hamam otağında olduğu müddətdə həmin qadınlar evi tərk ediblər. Geri qayıdan M.Abdulməcid əl çantasında olan 3000 manat pulunun və “Samsung” markalı mobil telefonunun aparıldığını aşkar edib.
 
Polisin onların əlamətləri barədə sorğusuna cavab olaraq Manaf həmin qadınlardan birinin qolunda xüsusi görünüşü ilə fərqlənən döymə olduğunu da bildirib.
 
Təhlükəsiz Şəhər kameralarının görüntüləri əsasında həmin vaxt binadan çıxan qadınların taksiyə əyləşərək getdikləri müəyyən edilib. Taksinin sürücüsü qısa vaxtda tapılaraq Polis Bölməsinə dəvət edilib və həmin vaxt sərnişin qismində tanımadığı 3 qadını Fəvvarələr meydanı yaxınlığına apardığını bildirib.  
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində qolunda göstərilən əlamətlərdə döymə olan qadınlardan biri – B.D Fəvvarələr meydanı yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. O, oğurluğu tanışları olan D.B və J.H ilə birlikdə törətdiklərini etiraf edib. Əməliyyatçılar həmin qadınların da yaşadıqları ünvanları müəyyən edərək onları şübhəli şəxs qismində Polis Bölməsinə gətiriblər.  
 
Faktla bağlı araşdırma aparılır. 



Xəbərin oxunma sayı : 211




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap