Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda uşaq evi bağlandı, 10 yaşlı qız küçədə qaldı

Tarix 02.12.22, 17:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda küçələrdə gecələyən azyaşlı qız sığınacağa yerləşdirilib.

Lent.az xəbər verir ki, 10 yaşlı Məsumə bir müddət Suraxanı rayonu ərazisində küçədə gecələyib. Məlumata görə, onun anası ölüb, atasının isə kimliyini bilmir.

Anası öləndən sonra uşaq evlərindən birində qalıb. Həmin uşaq evi bağlandıqdan sonra isə bir il ərzində küçələrdə zibil yığan, tanımadığı qadınla yaşayıb. O da öləndən sonra azyaşlı küçələrdə gecələməyə məcbur olub.

Qızcığaz Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Tapılarkən onun baş və bədənində xəsarətlər də müəyyən edilib. Buna görə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində araşdırma başlanıb.

Onu da qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi ilə müxtəlif QHT-lər birgə əməkdaşlıq edirlər. Belə ki, onlar arasında “Whatsapp” qrupu yaradılıb. Həmin qrup vasitəsilə küçədə yaşayan uşaqlarla bağlı məlumat verilir və lazımi tədbirlər görülür.



Xəbərin oxunma sayı : 520




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap