Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyülüb?

Tarix 18.01.17, 1:58

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt sakini Vüqar Qocayev 5 yaşlı oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Onun sözlərinə görə, dünən övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb. Amma axşam övladının arxasınca gedəndə aşkar edib ki, uşağın dodağında zərbənin təsirindən yaranan yara var. Uşaq deyib ki, onu müəlliməsi vurub

Qarşı tərəf isə iddiaları inkar edir.

Hadisənin Binəqədi rayonu 193 saylı körpələr evində baş verdiyi bildirilir.

Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.

Məsələ ilə bağlı sözügedən bağçaya getdik. Bağça rəhbərliyinin məzuniyyətdə olduğu deyildi. Qısa da olsa, 5 yaşlı Umudu döydüyü iddia edilən Qala adlı müəllimə ilə də söhbətləşə bildik. Umud kameramız önündə bir daha müəlliməsi tərəfindən vurulduğunu desə də, qadın bütün deyilənlərin yalan olduğunu bildirdi.

Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.(xezerxeber.az)



Xəbərin oxunma sayı : 97




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap