Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda və Qarabağda nə qədər erməni yaşayır? - Statistika Komitəsindən açıqlama

Tarix 06.10.22, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


“Məlumat üçün bildiririk ki, milli (etnik) mənsubiyyətinə görə əhalinin sayına dair məlumatlar ölkəmizdə hər 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması nəticəsində əldə edilir”.

Bunu Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Musavat.com-un sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında Azərbaycandakı ermənilərin sayı barədə müxtəlif rəqəmlər yazılır. Eyni zamanda illərdir ki, paytaxt Bakıda yaşayan erməni əhalinin sayının 30 min nəfər olduğu qeyd edilir. DSK-nın şöbə müdiri R.Süleymanov bu iddialarla bağlı aşağıdakıları bildirib: “2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekunlarına dair məlumatlara əsasən, erməni əsilli Azərbaycan vətəndaşlarının sayı ölkə üzrə 178 nəfər, Bakı şəhəri üzrə isə 74 nəfər təşkil edib. Siyahıyaalma dövründə işğal altında olmuş ərazilərdəki əhali barədə Dövlət Statistika Komitəsində məlumat mövcud deyil. Eyni zamanda nəzərinizə çatdırırıq ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınması BMT-nin Avropa Statistikaları Konfransının əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə tövsiyələrinə və MDB Dövlətlərarası Statistika Komitəsinin tövsiyələrinə uyğun olaraq hayata keçirilib. Ölkəmizdə tətbiq edilən beynəlxalq metodologiyaya uyğun olaraq siyahıyaalma zamanı sorğu vərəqəsi üzrə bütün suallar, o cümlədən şəxsin milli (etnik) mənsubiyyati haqqinda sual da heç bir təsdiqedici sənəd tələb olunmadan könüllü şəkildə respondentlərin özləri tərəfindən cavablandırılmışdır”.



Xəbərin oxunma sayı : 1132




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap