Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda Wi-Fi əhatə dairəsi genişləndirilib – FOTO

Tarix 11.05.17, 2:23

Font ölçüsü : - / +
bitmap-img6


Bu gündən etibarən, Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonasını, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edənlər pulsuz wifi xidmətindən faydalana bilərlər.

Bu barədə AzFakt.com Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelecom”) IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsini bir qədər də genişləndirib.

“Baktelecom” “Baku loves you” brendi adı altında təqdim olunan layihə çərçivəsində mütəmadi olaraq yeniləmə və təkmilləşdirmə işləri aparır. Yaxın zamanlarda istifadəçilər üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından “Baktelecom”-la yanaşı, bəzi ərazilərdə “Baku loves you” adını seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək və pulsuz internetdən istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, “Dənizkənarı Milli Park” və “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində istismara verildiyi gündən indiyədək artıq 150 minə qədər istifadəçi pulsuz internet xidmətindən yararlanıb. Əhalinin marağını və yay mövsümü ilə əlaqədar daha çox istifadəçinin şəbəkəyə qoşulacağını nəzərə alaraq, bu göstəricinin hər həftə sürətlə artacağı istisna edilmir.

Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilər də daxil olmaqla quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.











Xəbərin oxunma sayı : 127




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap