Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda yanacaq daşıyan maşının sürücüsü “avtoşluq“ etdi - VİDEO

Tarix 21.07.19, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yanacaq daşıyan maşın yüksək sürətlə hərəkət edib. Sürücü maşını 100 km/saatdan da çox sürətlə idarə edib.

Hadisəni əks etdirən görüntü ötən gün paytaxt ərazisində xarici dairəvi yolda çəkilərək ``Xəzər Xəbər`` in votsap nömrəsinə göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, görüntüdən aydın olur ki, yanacaq daşıyan avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozur və bununla həm öz, həm də digərlərinin həyatını təhlükəyə atır.

Ekspertlər isə bu halın qanunvericiliklə qadağan edildiyini deyirlər. Qanunvericilik heç bir halda bu avtomobilin belə sürətlə hərəkət etməsinə icazə vermir.

Ekspert Elməddin Muradlının sözlərinə görə, bu tip təhlükəli maddə daşıyan avtomobillər üçün hətta şəhərətrafı yollarda belə maksimum sürət 60 və ya ən yaxşı halda 70 seçilir. Çünki bu maşınların qəzalarının fəsadları da böyük olur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Kürdəmir rayonunda mişar daşı yüklü avtomobilə arxadan gələn yanacaq daşıyan maşın çırpılmışdı.












Xəbərin oxunma sayı : 307




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap