Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakıda yas mərasimi təşkil etmək istəyənlər cəzalandırıldı – DİN

Tarix 06.07.20, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Xəbər verdiyimiz kimi,  iyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınıb. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və onlar  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Buna baxmayaraq, bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin “3” mərasimini təşkil etməyə cəhd göstərib. Bu cəhdin də qarşısı 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantinn qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb”, – Mətbuat Xidmətindən bildirilib.




Xəbərin oxunma sayı : 1789




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap