Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıdakı narkomanların yuvasından yeni xəbər var - VİDEO

Tarix 23.10.21, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış parklanma yerinin narkomanlar yuvasına çevrildiyi işıqlandırıldıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçib.

Belə ki, narkotik maddə istifadəçilərinin əlverişli toplanma yeri olan dəmir konteyner ərazidən kənarlaşdırılıb. Həmçinin keçilməsi çox rahat olan taxta hasarların da qısa müddət sonra yenilənəcəyi bildirilib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikilinin yarımçıq qalması onun qanunsuz inşa edildiyi ehtimalını da artırır.

Tikintinin nə üçün yarımçıq qaldığı, eləcə də yolverilən qayda pozuntuları ilə bağlı əvvəlcə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edək.

Bu qurumdan isə bildirildi ki, tikinti zamanı yolverilən qayda pozuntularına görə Fövqəladə Hallar Nazirliyinə müraciət olunmalıdır. Nazirlikdən isə zəngimizə cavab verilmədi.

Əldə etdiyimiz məlumata görə isə, ərazidə çoxmərtəbəli avtomobil dayanacağı və ictimai iaşə obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2015-ci il tarixli sərəncamı var.

Daha ətraflı Baku TV-nin süjetində:








Xəbərin oxunma sayı : 730




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap