Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıdan Əziz Yıldırıma təhdid məktubu gedib

Tarix 13.08.17, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin “Fənərbağça” idman klubunun başqanı Əziz Yıldırım bu klubun üzvü, Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə birinci yerə çıxıb sensasion qələbə qazanan Ramil Quliyevə görə Bakıdan təhdid məktubu alıb. 

Virtualaz.org xəbər verir ki, bunu klubun atletizm şöbəsinin başqanı Fikret Çetinkaya Türkiyə mətbuatına açıqlamasında deyib.

Çetinkaya deyib ki, Ramil Quliyevi Türkiyə idmanına Əziz Yıldırımın razılığı ilə məhz o qazandırıb. “Ramili dəvət etdik, atası ilə birlikdə gəldi. Azərbaycan vətəndaşı olaraq “Fənərbağça” lisenziyası ilə qaçışlarda iştirak etdi. Buna görə Azərbaycanda problemlər yaşadı. Bir müddət ondan xəbər ala bilmədik. Atası Bakıya dönəndən sonra vəfat etmişdi. Dramatik bir şəkildə başladıq. Azərbaycanla problemlər böyüdü. Ramil Quliyevə Qətərdən, Rusiyadan təkliflər gəlirdi. Ancaq o, “Fənərbağça”nı tanıyırdı, burada qalmaq istədi. Həyat yoldaşı ilə birlikdə Türkiyəyə yerləşdi. Bu dəfə Azərbaycan Atletika Federasiyası ilə problemlər yaşadıq. Əziz Yıldırımı təhdid edən məktub gəldi. Azərbaycan federasiyasından…”, – Fikret Çetinkaya bildirib.

Xatırladaq ki, bundan əvvəl Ramil Quliyev özü də Bakıdan onu təhdid etdiklərini, Azərbaycana qayıdacağı halda həbslə hədələndiyni “Hürriyet” qəzetinə danışıb.



Xəbərin oxunma sayı : 118




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap