“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Bakıdan Qarabağ açıqlaması: Əlaltı rejimlə görüş keçirməklə...

Tarix 04.07.20, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


İşğalçı Ermənistanın Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qeyri-qanuni rejimin qondarma "prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar və ilhaqçı siyasətinin növbəti bariz nümunəsidir. Ermənistan rəhbərliyinin bu kimi addımları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma və coğrafi adların dəyişdirilməsi də daxil olmaqla həyata keçirilən qeyri-qanuni fəaliyyət işğalın möhkəmləndirilməsinə xidmət edir.

AzFakt.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi ilə görüşərək, münaqişə məsələsini müzakirə etməsi ilə bağlı sualı şərh edərkən bildirib.

Leyla Abdullayeva deyib: "Əlaltı rejimlə görüş keçirməklə bu qondarma qurumu sanki münaqişə tərəfi kimi qələmə verməyə çalışan Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur. Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir. Danışıqların formatına gəldikdə isə, 1992-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların tərəfləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandır. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa ediləcək və torpaqlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə geri dönüşü təmin olunacaq”.

Xatırladırıq ki, Minsk Qrupu həmsədrlərinin münaqişənin mərhələli həllinə əsaslanan təkliflərinin mahiyyətini məhz Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması təşkil edir.



Xəbərin oxunma sayı : 4135




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap