Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakının bəzi supermarketlərində idxal ərzaqların çeşidi kəskin azaldı – Nə baş verir?

Tarix 09.01.19, 0:38

Font ölçüsü : - / +
bitmap-img6


Bakının bəzi supermarket şəbəkələrində idxal ərzaq məhsulların çeşidi  son vaxtlar kəskin azalıb. Azalma əsasən xaricdən, daha çox Rusiya, Ukrayna və digər ölkələrdən idxal olunan məhsullarda müşahidə olunur. Xüsusən, çay, qənnadı məhsulları, sosiska və kolbasa məmulatlarında bir neçə ay əvvələ qədər müşahidə olunan çeşid bolluğu yoxdur.

Əmtəələrin qıtlaşmasını alıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, uzun müddət aldıqları idxal markalarını yerli mallar əvəzləyir. Məsələn, qənnadı məmulatları arasında  Rusiya istehsalı olan şokoladlar azalıb. Ukraynanın “Roshen” firmasına məxsus konfetlərin cəmi bir neçə çeşidi var.

AzFakt.com xəbər verir ki, Virtualaz.org-un əməkdaşı bu problemi araşdırmaq üçün bəzi məşhur supermarket şəbəkələrinə baş çəkib.

Supermarket  rəhbərləri məhsul qıtlığını təsdiqləsələr də, bunu müxtəlif səbəblərlə izah ediblər.

Məsələn, Nizami küçəsində yerləşən “Avromart” mağazasının inzibatçısı Rəşad Quliyev deyir ki, bu bayram günlərində onlara mal gətirən firmaların işləməməsi və digər səbəblərlə əlaqədardır: “Dekabrın 26-27-si ərəfəsində mağazaya adətən yeni mallar gəlmir. Bu da ondan irəli gəlir ki, bəzi firmalar işçilərə bir həftədən çox istirahət veriblər. Bu da bizdən asılı olan məsələ deyil. İdxal məhsullarında da eyni vəziyyətdir. Xarici ölkələrdən gələn məhsullarda bəzən gömrükdə yubanmalar olur. Malın ödənişini edirik, orada gecikdirirlər”.

O, İtaliya istehsalı olan “Bio” yarmasını göstərərək davam edir: “Bu malları biz gömrükdən keçiririk. İtaliya istehsalı olan “Bio” yarması 3 günə də gələ bilər, 10 günə də. Buna görə biz müştəriyə cavab verə bilmirik. Amma yerli məhsullarla bağlı belə problem az olur”.

R. Quliyev bildirir ki, bu problem yanvar ayının 10-dan sonra düzələcək.

“Fresco” supermarketlər şəbəkəsinin “28 May” filialından isə bildiriblər ki, bəzi idxal ərzaqları firmalar onlara verməkdən imtina edirlər. Səbəbi isə onlara aydın deyil: “Bizdə çeşidlər kifayət qədər çoxdur. Elə əvvəlki qaydada işləyirik. Sadəcə olaraq, bəzi firmalar deyirlər ki, bizdə hansısa məhsul yoxdur. Hansı səbəbə yoxdur, bilmirik. Amma deməzdim ki, çeşid azalıb, köhnə brendlər gedir, əvəzində təzələri ilə işləyirik”.

“Bolmart” supermarketlər şəbəkəsinin  baş ofisindən isə onlarda belə problemin olmadığını deyiblər.

Mağazanın özünü təqdim etmək istəməyən rəsmisi bildirdi ki, onlar çeşid azlığı deyil, çeşid bolluğundan əziyyət çəkirlər: “Başqa mağazalarda necədi, deyə bilmərəm, amma biz çeşid bolluğundan əziyyət çəkirik. Hər gün yeni məhsullar yaranır. Azalma ilə bağlı problemlə üzləşməmişik. Əksinə, bizdə 35 mindən çox məhsul çeşidi var. Az qalmışıq başımızı itirək”, – deyə müsahib qeyd edib.



Xəbərin oxunma sayı : 229




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap