Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakının bir hissəsi niyə qazsız qalıb?

Tarix 22.06.17, 23:31

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Xətai rayonunda artıq 3 gündür ki, qaz yoxdur. Bu şikayətlə virtualaz.org-un redaksiyasına həmin rayonun sakinləri müraciət ediblər. Onlar bildirirlər ki, hələ ki, sakinlərə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz verilməsinin dayandırılması ilə bağlı hər hansı rəsmi məlumat verilməyib

Nə baş verdiyini araşdırmaq üçün “Azəriqaz” İB-in mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a yaxın vaxtlarda qazın veriləcəyini bildirdi.

O, həmçinin sakinlərin 3 gündür qaz verilməsinin dayandırılması ilə bağlı şikayətlərinə şübhəylə yanaşdığını da dedi: "Mən özüm də Xətai rayonunda yaşayıram və sizi əmin edirəm ki, "Azəriqaz" qazın verilişini dayandırmayıb. Yalnız bu gün yerin altından çəkilmiş borularla bağlı problem yaranıb. İndi Məhəmməd Hadi küçəsində təmir işləri gedir. Təmir işləri qurtaran kimi bizim abunəçilərə qaz tam həcmdə veriləcək", - deyə İ.Kərbalayev bildirdi.

Qeyd edək ki, SOCAR şirkətinə məxsus "Azəriqaz" İstehsalat Birliyində 2 milyon 45 min abunəçi var.



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap