Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakının bu məktəbində çatlar yarandı - Şagirdlər köçürüldü

Tarix 03.12.19, 19:11

Font ölçüsü : - / +
bitmap-img6


"Bakı şəhəri 35 nömrəli tam orta məktəbin 1931-ci ildə tikilib istifadəyə verilmiş korpusu uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşüb”.

AzFakt.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Korpusun dəhlizlərində və bir sıra sinif otaqlarında kifayət qədər təhlükəli çatlar yaranıb, zirzəmi hissədə dəmir-betondan olan mərtəbəarası örtüyün beton mühafizə qatlarının aşınması, armaturların isə korroziyaya uğraması müşahidə olunub:

"Bu baxımdan 35 nömrəli tam orta məktəbdə bərpa-gücləndirmə və ya sökülüb yenidən tikilmə işlərinin aparılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər gedir. Bununla əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə məktəb kontingentinin yaxın məsafədə yerləşən 34 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq yerləşdirilməsi məqsədəuyğun hesab edilib. Ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu kimi tədbirlər zamanı dərs prosesinin müvafiq proqram çərçivəsində davam etdirilməsi diqqət mərkəzində saxlanılır”.



Xəbərin oxunma sayı : 523




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap