Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakının ət bazarında rəqabət: qiymət 9 manata düşdü

Tarix 18.11.18, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


Əksər yerlərdə 10 manat 50 qəpik - 11 manata satılan dana əti paytaxtdaki bəzi məntəqələrdə 9 manata təklif edilir. Bu gün həmin qəssabxanalarda olduq və qiymətin ucuzlaşmasının səbəbini soruşduq. Sən demə, qiymətin birdən-birə enməsinin səbəbi qəssablar arasında yaranan rəqabət olub.

Qəssablar arasında yaranan rəqabət dana ətinin qiymətini 9 manata qədər endirib. Əksər yerlərdə 10 manatdan baha satılan dana ətinin bu qəssabxanalarda ucuz olmasının bir sıra səbəbləri var. Uzun illərdir ət satışı ilə məşğul olan paytaxt sakini Aqil Məmmədov deyir ki, qiyməti ucuzlaşdırmasının əsas səbəbi yaxınlıqda olan qəssabxanada ətin 9 manat 50 qəpiyə satılması olub.

Qəssabların dediyinə görə, ətin kiloqramını 9 manata satmalarına baxmayaraq, onlara müəyyən qədər xeyir də qalır.

Ancaq digər qəssabların dana ətinin qiymətinin birdən-birə 9 manata endirilməsinə münasibətləri birmənalı deyil. Hazırda sümüklü dana ətini 10 manat 50 qəpiyə, sümüksüzü isə 13 manat 50 qəpiyə satan qəssab Mütəllim Hacıyev isə düşünür ki, 9 manata olan məntəqələrdə kəsilən heyvan dana deyil və ya bu qiymət müvqqəti xarakter daşıyır.

İstənilən halda qiymətin endirilməsi ən çox alıcıların üzünü güldürüb. Satıcılar qiymətlərin hələ bir müddət belə qalacağını bildirdilər. (Xəzər TV)





Xəbərin oxunma sayı : 583




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap