Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakının mərkəzində təmir aparılan yolda hərəkət bərpa olunur - FOTO

Tarix 15.10.18, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Ziya Bünyadov prospektinin kənar yolu ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində agentliyin mütəxəssislərinin hazırladığı layihənin icrası sayəsində mümkün olub. Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospektinin kənar yolu ilə hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər.

Ziya Bünyadov prospekti ilə 20 yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti - Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti işıqfor vasitəsilə nizamlanacaq.

"Sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən işıqforun və yol nişanlarının tələbinə riayət etmələri xahiş olunur", - məlumatda deyilir.









Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap