“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakının riskli MTK-ları:1 milyon vergi borcu, həbs edilən sədr və aldadılanlar...

Tarix 07.02.25, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


"Star-M" Mənzil Tikinti Kooperativi və "Şanş" MTK-nın maliyyə problemləri bitmir. Hər iki tikinti şirkətinin vergiyə külli miqdarda borcu yaranıb, sədrləri həbs edilib, narazı müştərilər var.

AzFakt.com Musavat.com-a istinadən xəbər verir ki, hər iki MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmov həbs edilib. Baş Prokurorluğun məlumatına görə Məhərrəmov Məhərrəm Həsənqulu oğlu Bakı şəhərində inşa olunmuş yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla külli miqdarda vəsaiti ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İş üzrə başqa zərərçəkmişlərin olduğu da bildirilir.

"Şans" MTK tərəfindən əldə edilən gəlirdən 770 min manat sadələşdirilmiş verginin büdcəyə ödənilmədiyi məlum idi. Sədr həbs ediləndən sonra məbləğin 750 min manata yaxın hissəsini ödəyib.

“Star-M” MTK-nın da vergiyə 1 milyon manata yaxın borcu yaranıb.

Adı çəkilən MTK-lardan mənzil və qeyri-yaşayış sahələri alan şəxslərin bir çoxu dəymiş zərəri ala bilmir.



Xəbərin oxunma sayı : 1147




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap