Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Bakının tez-tez xarab olan, sıradan çıxarılan lift problemi - VİDEO

Tarix 20.05.20, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Bir vaxtlar sakinlər liftlərin köhnəliyindən, istifadəyə yararsız olmağınıdan şikayət edirdi. Amma artıq bir müddətdir ki, paytaxtda əksər binalarda liftlər dəyişdirilib, müasirləri ilə əvəz olunub. Amma bəzi sakinlərin bu liftlərən düzgün istifadə etməməsi və yaxud da təyinatına görə istifadə olunmaması liftlərin tez-tez xarab olmasına, sıradan çıxmasına səbəb olur.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.

Sakin: "Liftlər həddindən artıq pis idi. Dəfələrlə hadisələr olurdu, liftdə adam qalırdı”.

Sakin: "Ağıllı istifadə etmək lazımdır. Yəni birdən-birə acgözlük edib lifti  dolduranda elə olur. Təmir edir, daşları doldurur, yükü doldurur liftə. Belə olanda əlbəttə zay edirlər lifti, sıradan çıxarırlar”.

Mütəxəssislər deyir ki, bu cür problemlər əksər hallarda liftlərin təyinatına görə istifadə olunmamasında baş verir. Belə ki, əksər sakinlər sərnişin liftində yük daşıyır. Bir də liftdən istifadə edərkən, onun texniki göstəricilərini nəzərə almaq lazımdır.

Nazim Allahverdizadə - Mütəxəssis: "Hər bir liftin yükgötürmə qabiliyyəti, onun kabinəsinin döşəməsinin sahəsinə görədir. Döşəmə sahəsi misal üçün 0.9 metr kvadrat olanda, demək ki, o 4 nəfər daşımaq üçün nəzərdə tutulub. Bura çalışıb 5-6-7 nəfər minəndə o lift sürətini artırıb gedib liftin şaxtasında buferin üzərinə dayanacaq. Artıq yüklənmə olmaz”.

Vidadi Bədəlov - FHN rəsmisi: "Onların sıradan çıxmasına səbəblər həm sakinlər tərəfindən, həm də xidmət edən servis tərəfindən ola bilər. Yəni vaxtı-vaxtında liftlərə servis xidməti göstərilməlidir ki, onlar sıradan çıxmasın.

FHN rəsmisinin sözlərinə görə, hər bir lift ayda azı 1 dəfə aidiyyətı qurum tərəfindən yoxlanmalıdır. FHN isə ildə 1 dəfə yoxlama aparıb, liflərin istismarına icazə verir.

Vidadi Bədəlov - FHN rəsmisi: "Elə olur ki, onların burazlarında problem olur. Sərnişinlərin təhlükəsizliyi pozulursa, onların istismarı dayandırılır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra istismarına icazə verilir”.

Qeyd edək ki, paytaxtda 170 çoxmənzilli binada 580-dən çox lift dəyişdirilib.






Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap