Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Balakəndə işıqlar niyə tez-tez sönür?

Tarix 15.05.19, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


Balakən rayonunun sakinləri rayonun həm mərkəzində, həm də kəndlərində elektik enerjisinin mütəmadi olaraq kəsintili verilməsindən şikayətçidirlər.

Rəsmi statistikaya görə 97 min altı yüz nəfər əhalisi olan Balakən sakinləri deyir ki, rayon üzrə enerji kəsintisinə hər həftə, bəzi ərazilərdə isə hər gün rast gəlinir.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BBC News Azərbaycancaya deyib ki, Balakən rayonunun elektrik enerjisində "heç bir uzunmüddətli fasilədən söz gedə bilməz".

"İşıqlar həftədə 5-10 dəfə sönür"

Rayonun Mahamalar kəndinin sakini Sabir Ömərov deyir ki, kənddə işıqlar "həftə ərzində azı 5-10 dəfə sönür".

O hesab edir ki, buna səbəb region küləklərinin fəsadları, təmir-tikinti işləri, "fərdi qayda" sisteminin olmaması, bəzən isə əhalinin işıqpulu ödəmə qabiliyyətinin olmamasıdır.

"Zəif külək əssə belə işıq hər həftə bir neçə saatlıq sönür. Əsas problem odur ki, transfarmatorlarda açarlar yoxdur və ona yaxın kəndi birləşdirən 10 min kVatlıq xətdə qəza olanda bütün rayon şəbəkəsində işıqlar sönməlidir. 20-30 ailəni birləşdirən xətdə problem varsa da, bütün əhali işıqsız qalır".

"10-15 il əvvəl ilə müqayisədə işığın vəziyyəti müəyyən qədər yaxşıdır, amma yenə də axı işıqlar tam sönməməlidir. İşıq sönəndə insanların işləri dayanır, soyuducular işləmir, ərzaqlar xarab olur".

"Gəlir olmasa işıqpulu verə bilmirik"

Cənab Ömərov deyir ki, "rayon əhalisi kasıb olsa da, elektrik enerjisini üçün ödəniş etməyə çalışırlar". Onun təxmininə görə, rayonun 20-30 faizi ödənişləri tam edə bilmir.

"Əhali yay aylarında meyvə satır, pul qazanır, dolanır, qış aylarında işsizlik olanda çətindir. Bizim ailə kənd təsərrüfatı ilə məşğul olmasa, 1 manat hardansa gəlir olmayacaq ki, gedim, pulu verim.

Deyək ki, bu ay meyvəmi sata bilmədim, iş tapa bilmədim, əlimdə pul olmur, məcbur qalıram gələn ay ödəniş etməyə. Son vaxtlar borca görə işığı kəsmək çox ciddiləşib, indi kəsmirlər. Əvvəllər 3-5 manata görə kəsirdilər. İndi nəzarətçilər insanı başa düşür, bəzən deyirlər bu ay ödəniş azdır, 5-7 manat borcun varsa, 3 manat tap ver", - kənd sakini deyir.

BBC News Azərbaycanca müxbiri rayonun mərkəzindəki evlərdə elektrik enerjisinin bəzən gün ərzində 10 dəfə təkrar olunmaqla, yarım saata yaxın fasilə ilə kəsildiyini müşahidə edib.

Azərenerji: "Uzunmüddətli fasilə olmur"

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BBC News Azərbaycancaya deyib ki, Balakən rayonunun elektrik enerjisində "heç bir uzunmüddətli fasilədən söz gedə bilməz".

O bildirib ki, aprel ayında Balakən rayonuna ümumilikdə 5 milyon 881 min kVat-saat enerji verilib.

Cənab Mustafayev söyləyir ki, kəsintilər "ancaq hava şəraitinin kəskin dəyişməsi və ya təmir işləri ilə bağlı ola bilər".

"Balakən rayonunun enerji tələbatı tam ödənilir. Məsələn, bərk leysan olanda və ya güclü külək olanda ağaclar xətlərin üstünə düşür və elektrik enerjisinin verilməsində fasilələr ancaq bu cür hallarda fəsadların aradan qaldırılması zamanı yaranır. Azərişıq 24 saat xidmət göstərir, amma bizə Balakən rayonundan bir şikayət də daxil olmayıb".

Tanrıverdi Mustafayev deyir ki, "elə bir rayon yoxdur ki, orada işıqlar ümumi söndürülsün".

BBC News Azərbaycanca müxbiri günəşli havalarda belə, Balakən rayonunda elektrik enerjisinin gün ərzində dəfələrlə kəsildiyini müşahidə edib.

"Borcu olmayan vətəndaşın işığı heç bir halda kəsilmir"

"Balakən rayonu üzrə elektrik enerjisi verilməsinə görə yığım yüksək səviyyədədir. Məsələn, aprel ayı rayon üzrə ümumi yığım 89.4 faiz olub, illik orta göstərici isə 89-93 faiz arasında olur. Borcu olan vətəndaşların işıqları isə ancaq fərdi qaydada söndürülür, yəni, borcu olmayan vətəndaşın işığı heç bir halda kəsilmir.

Hətta, borcu olan vətəndaşlara 3 gün fərdi qaydada xəbərdarlıq müddəti verilir, bu müddət ərzində borc ödənilməsə, elektrik enerjisinin verilməsi dayandırılır".

"Bir nəfərə görə digərlərini tənbeh etmək yolverilməzdir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BBC News Azərbaycancaya bildirib ki, "əgər bir nəfərin ödəniş etməməsinə görə başqalarının elektrik enerjisi kəsilirsə, bu, istehlakçı hüquqlarının pozulmasıdır".

"Elektrik enerjisindən istifadə haqqında qaydalara görə, 3 gün xəbərdarlıq müddətində elektrik enerjisinin borcu ödənilməzsə, təchizatçının abunəçini elektrik şəbəkəsindən ayırmaq ixtiyarı var. Lakin bir neçə nəfərə görə digərlərini də tənbeh etmək yolverilməzdir və qanunda bu da öz əksini tapıb".

Eyyub Hüseynov deyir ki, "təchizatçının qənaət məqsədilə elektrik enerjisinin verilməsini dayandırması qanunaziddir".

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda qeyd olunur ki, bazarda monopolist mövqe tutan tərəf istehlakçını fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir, çünki istehlakçının alternativ seçim hüququ yoxdur".

Cənab Hüseynov əlavə edir ki, istehlakçılar bəzi hallarda qeyri-qənaətcil olur və bu baxımdan Azərenerji maarifləndirmə işləri aparmalıdır ki, istehlakçılar özləri qənaətcil olsunlar.







Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap