Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Balakəndə polis əməliyyatı:meşədə narkotik becərən 7 nəfər saxlanılıb

Tarix 23.07.19, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Gərəkli kənd sakinləri – Eşqin və Dibirov Motuxov qardaşları, Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.




Xəbərin oxunma sayı : 151




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap