Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Balakəndə vəzifəli şəxslər qəzaya düşdü: yaralılar var

Tarix 19.10.18, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


Baləkən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” bildirir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometirliyində qeydə alınıb.

Belə ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 1978-ci il təvəllüdlü Şamil Ramazan oğlu Xasməmmədov idarə etdiyi "Mersedes" markalı, 10 RE 496 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı sürücü Ş.Xasməmmədov və avtomobildə olan sərnişin Elnur Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, E.Məmmədovun xəsarəti yüngül olduğundan ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Avtomobilin sürcüsü Ş.Xasməmmədovun vəziyyəti isə orta-ağır olaraq qalır.

Qeyd edək ki, Şamil Xasməmmədov Zaqatala rayonunun Bəhmətli kənd icra nümayəndəsi, Elnur Məmmədov isə həmin kəndin bələdiyyə sədridir.

Faktla bağlı araşdırma aparılır.







Xəbərin oxunma sayı : 133




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap