Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Baldızını güllələyib qaçdı, dördüncü dəfə tutuldu: Sumqayıtdakı qətlin təfərrüatı

Tarix 09.02.23, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində baldızını odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Habil Həsənovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Ölkə.Az xəbər verir ki, Sumqayıt sakini Habil Həsənov ov tüfəngi ilə baldızı, 1952-ci il təvəllüdlü Nübar Məhərrəm qızı Nabatəliyevanı güllələyib. Nəticədə döş qəfəsindən güllə xəsarəti alan N.Nabatəliyeva dünyasını dəyişib. Hadisəni törədən H.Həsənov hadisə yerindən qaçıb.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov tutulub. 

Saxlanılan Habil Həsənov ifadəsində bildirib ki, 2000-ci ildə Zəngilan rayon sakini Şahlıq Səfərova ilə ailə həyatı qurub və həmin nikahdan 2 övladı dünyaya gəlib. 

2011-ci il avqustun 27-də həbsdən çıxanda eşidib ki, arvadı boşanmaq üçün şəhər məhkəməsinə ərizə verib və həmin il fevralın 3-də məhkəmə onun iddiasını təmin edib. 

O özünə məxsus evin qonşuluğunda yerləşən qardaşı Vaqifgildə yaşayıb. Boşanmasına baxmayaraq daim ailəsini nəzarətdə saxlayıb, uşaqları ilə görüşüb. Bir neçə dəfə arvadı ilə barışmağa cəhd edib. Lakin sonuncu razı olmayıb. Hətta keçmiş arvadına təklif edib ki, evi iki yerə bölsünlər. Özü üçün təzə giriş qapısı açaraq bir hissəsində Habil, digərində isə Şahlıq uşaqları ilə qalsın. Amma yoldaşı buna imkan verməyib. Həsənov güman edib ki, bəlkə də arvadı onunla barışar, sadəcə, baldızı Nübar buna imkan vermir. 

Hadisə baş verən gün qardaşı evdə olmayıb. Habil evin digər tərəfindən dəniz kənarına düşüb, orada təxminən 2-3 saat tək olmaqla siqaret çəkib və ağlayıb. Uşaqlarını çox istədiyindən ailəsindən ayrı qalmaq istəməyib. Eyni zamanda ailəsinin dağılmasına səbəbkar baldızı Nübarı bildiyindən qərara gəlib ki, qadını öldürsün. Bu səbəbdən dəniz kənarında gizlətdiyi ov tüfəngini götürüb baldızının yaşadığı evə gəlib. Ora çatarkən təxminən 10 metrlik məsafədən arvadı və baldızı onu görüb içəri daxil olub, qapını arxadan bağlayıblar.

Habil Həsənov ifadəsinin davamında bildirib ki, qapıya təpik vuraraq sındırıb içəri girib. Evə daxil olub dəhlizə keçib. Oradan isə digər dəhlizə dönərək sağ tərəfdəki otağın qapısına təpik vurub. Qarşısında baldızı Nübarı görən Həsənov təxminən 1 metr məsafədən silahı onun döş qəfəsinə tuşlayaraq atəş açıb. Sonuncu aldığı xəsarətdən yerə yıxılıb. Habil evi tərk edərək küçəyə çıxıb və qonşunun taksi maşını ilə şəhərə getmək istəyib. Lakin sürücü Habilin əlində tüfəngi görüb qışqıraraq maşından düşüb. Başqa maşınla şəhər ərazisində yerləşən Karvan ticarət mərkəzinin yaxınlığına gəlib. Bir müddətdən sonra orada polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesində Habil Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. 

Məhkəmənin hökmü ilə əvvəllər 3 dəfə məhkum olunan Habil Həsənov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 





Xəbərin oxunma sayı : 514




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap