Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bank 20 illik deputatın villasını əlindən aldı! – Külli miqdarda borc qarşılığında (FOTO)

Tarix 22.01.19, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


İkinci, üçüncü, dördüncü və beşinci çağırış (20 ildir Milli Məclisdədir) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, bir neçə dəfə prezidentliyə namizəd olmuş Xanhüseyn Kazımlı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasından olub.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, 26 fevral 2014-cü il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC ilə üçüncü şəxs “Aqroflora” MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01 nömrəli kredit müqaviləsi bağlanıb. Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.

Bundan əlavə, həmin tarixdə bank ilə millət vəkilinin özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.

Bundan sonra bank “Aqroflora” MMC-yə, deputata, Kazımov Dəyanət Qüdrət oğluna, Kazımova Əsli Xanhüseyn qızına və Kazımlı Samir Xanhüseyn oğluna qarşı “kredit borcunun, ona hesablanan faizlərin və dəbbə pulunun tutulması, tələbin ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.

xanhuseyn

Məhkəmə iddianı qismən təmin edib və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 405 701,34 manat kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan 332E saylı evə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 700 000,00 manat məbləğində müəyyən edilərək açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılmasını və onun satışından əldə edilən pul vəsaiti hesabına cavabdeh “Aqroflora” MMC-nin iddiaçı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə olan kredit borcunun ödənilməsini qət edib.

Beləliklə, 2 noyabr 2016-cı il tarixdə deputata məxsus ev ilkin satış qiyməti 700 000,00 manat olmaqla “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılıb.

Birinci hərracın baş tutmaması səbəbindən təkrar hərrac (qanuna əsasən 45 təqvim günüdən gec olmayaraq) keçirilib və əmlakın ilkin satış qiyməti 15% daha aşağı göstərilib. Lakin təkrar hərracda da həmin əmlak satılmadığından hərrac baş tutmayıb. Bundan sonra 29 dekabr 2016-cı il tarixində, yəni birinci hərracın baş tutmadığının elan edildiyi tarixdən 57 təqvim günü sonra üçüncü hərrac keçirilib, bu hərracın nəticələri haqqında Y-13 saylı yekun protokol tərtib edilib və Xanhüseyn Kazımlıya məxsus Novxanı kəndindəki 332E saylı evin 446 250,00 manata “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən alınmasına dair alqı-satqı müqaviləsi bağlanıb.

Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilib.

Millət vəkili hərracın nəticəli haqqında protokolun, bu protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Novxanı kəndi 332E saylı ev üzrərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasına dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

Məhkəmənin 3 avqust 2018-ci il tarixli qətnaməsi ilə deputatın cavabdehlər Binəqədi rayon İcra şöbəsinə, banka, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə və üçüncü şəxs “Aqroflora” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməyib.

Maraqlıdır ki, Xanhüseyn Kazımlı apellyasiya şikayətində, ona məxsus evin ilkin satış qiyməti kimi müəyyən edilən 700 000,00 manat məbləğin evin real bazar dəyərindən qat-qat aşağı hesablandığını vurğulayıb.

Xatırladaq ki, Millət vəkilinin oğlu Fəxri Kazımov “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu”nun İdarə Heyətinin sədridir.






Xəbərin oxunma sayı : 457




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap