![]() |
|














Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMA
Tarix 04.06.23, 19:09 |
|

Bank kartları ilə bağlı az qala hər gün yeni bir dələduzluq növü eşidirik. Kartlardan istifadə və təhlükəsizliklə bağlı nə qədər məlumatlı olsaq da, hakerlər yenə də xırda bir ehtiyatsızlıq sonrası kartımızdakı pulları oğurlaya bilirlər. Nədənsə onların qurbanı olan kartlarda adətən, böyük məbləğlər olur. Məhz bu səbəbdən dolayı bank kartlarını kateqoriyaya bölərək istifadəni məsləhət görənlər var. Deyirlər, alış-veriş kartımız ayrı olmalıdır, maaş kartımız ayrı, onlayn alış-veriş kartımız başqa…
Bu cür yanaşma riski nə dərəcədə azaldır?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Bank məsələləri üzrə ekspert Emin Mahmudov deyir ki, bir kartla həm alış-veriş edə, həm də ehtiyat pulumuzu orada saxlaya bilərik. Sadəcə bunun “amma”sı var:
“Ola bilər ki, bank kartı sizə yaxşı üstünlüklər verir. Məsələn, həm kartdakı qalığa görə sizə faiz hesablayır, həm də alış-verişdə bonusları yaxşıdır. Yəni o kartda pul saxlamaq da sizə sərfəlidir, alış-veriş də. O zaman istəsəniz, eyni kartda həm böyük məbləğdə pul saxlaya, həm də alış-veriş üçün istifadə edə bilərsiniz. Eyni zamanda bir sual ətrafında düşünməlisiniz: Mən kartımın təhlükəsizliyi ilə bağlı nə qədər diqqətliyəm? Vəsaitləri xərcləyərkən kart məlumatlarımı kiməsə vermədiyimdən tam əminəm? O əminliyimiz varsa, bir kartla da hər işimizi idarə edə bilərik”.
Əmin deyiliksə, risk etmək istəmiriksə, E.Mahmudov istifadə etdiyimiz kartları kateqoriyaya bölməyin daha məsləhətli olduğunu bildirdi. İlk olaraq maaş kartına yanaşmamızın necə olmasına toxundu:
“Azərbaycanda maaş kartlarına kəşbək verən, maaş kartındakı qalıq məbləğə faiz hesablayan, əlavə hansısa üstünlüklər – millər, bonuslar verən banklar çox azdır. Həm bu, həm də təhlükəsizlik səbəbindən maaş kartlarımızı gündəlik alış-verişdə, istifadə etmək o qədər də məsləhət görülmür. Onlayn saytlarda da maaş kartı ilə qeydiyyat məsləhət deyil. Maaş kartınızın məlumatları əllərinə düşürsə, onu yaddaşda hazır saxlayırlar. Karta vəsait gəldiyini ehtimal etdikləri zaman o vəsaitləri istifadə edə bilərlər. Maaşların da hesaba oturulması zamanı təxmini məlumdur”.
E.Mahmudov alış-verişdə üstünlükləri çox olan debet kartlarından istifadənin daha məsləhətli olduğunu bildirdi:
“Ən çox kəşbək də, hesabdakı qalığa faiz hesablamaq da, əlavə bonuslar da debet kartlardadır. Üstəlik bankların əksəriyyəti müştərilərinə pulsuz debet kartlar təklif edirlər. Üstünlüklərinə görə alış-verişdə istifadə etdiyimiz kartla bağlı o qədər də diqqətli deyiliksə, bu kartlarda çox pul saxlamamaq məsləhətdir. Əsas pulu başqa kartda saxlayırsınız, hazırkı xərciniz qədər bu karta pul əlavə edirsiniz. Ən yaxşı üsul o kartlardan onlayn istifadə etməkdir”.
Ekspert pullarımız olan kartların tanımadığımız, bilmədiyimiz saytlarda qeydiyyatının isə daha təhlükəli olduğunu deyir:
“Tutaq ki, hansısa xarici saytdan məhsul, yaxud xidmət alırsınız. Təbii ki, ödəniş üçün kart məlumatlarınızı daxil etməlisiniz. Kart məlumatımızı yazdığımız həmin sayta etibar edirik? Ona görə, onlayn alış-veriş üçün ən təhlükəsiz üsul virtual kartlardır. Virtual kart alırıq, o karta bizə həmin xidməti almağa kifayət edəcək qədər vəsait qoyuruq və həmin linkə virtual kart məlumatlarımızı yazırıq. Əgər daxil etdiyiniz sayt dələduz linkdirsə, bizdən yalnız o kiçik məbləği oğurlaya bilir, başqa məbləğimiz toxunulmaz olaraq qalır. Əgər real kartımızın məlumatlarını tanımadığımız, bilmədiyimiz bir linkə, hansısa sayta yazsaq və düşünsək ki, orada vəsait yoxdur, heç nə itirən deyiləm və s. böyük yanlış edərik. Hakerlər həmin kart məlumatlarınızdan istifadə edərək bankın mobil tətbiqinə daxil ola və orada bizim bütün kartlarımızın, cari hesablarımızın, əmanətlərimizin idarəetməsini ələ keçirə bilərlər. Ona görə tanımadığınız, bilmədiyiniz saytlarda real kartlarınızı istifadə etməyin”.
Öz pulumuzun hakerlər tərəfindən oğurlanması onsuz da bizim üçün pis haldır. Bir də var kredit olaraq götürdüyümüz pul. Haker istifadə edir, amma sonra o borcu biz ödəməli oluruq. Ekspertin sözlərinə görə, hakerlərin ən çox hədəf aldığı kartlardan biri də kredit kartlarıdır:
“Digər kartlarla bağlı qeyd etdiklərim kredit kartlarının istifadəsinə də aiddir. Kredit kartlarının istifadəsi ilə yanaşı, həm də onları alarkən diqqətli olmalıyıq. Bu kartları elə aldığımız zaman qısa müddətdə hakerlər ələ keçirə bilirlər. Belə ki, son vaxtlar kredit kartları (bu debet kartlarına da aiddir) onlayn əldə edilir, kuryer vasitəsilə çatdırılır. Kart hazırlanıb müştərinin əlinə çatana qədər bank tərəfindən müştəriyə çox zəng olur. Bu zaman hər gələn zəngə inanmaq olmaz. Bank özü verdiyi kartın sonradan hansısa məlumatlarını istəyə bilməz. Çox zaman kredit vəsaiti karta oturmamış dələduzlar bu barədə məlumat tutur və müştərilərə bank adından zəng vurub deyirlər ki, pulunuzu karta oturtmaq üçün filan rəqəmləri bizə bildirməyiniz xahiş olunur. Kart istifadəçiləri də bank bilib istədikləri məlumatı deyirlər. Bilmək lazımdır ki, bank müştərisinə verdiyi kartın hansı olduğunu dəqiq bilir. Vəsaiti karta yox, kart hesabına yerləşdirir. Hansısa kart məlumatı ilə əməliyyat etmir”.
“Səyahət kartımız da ayrı olmalıdır” deyirlər. E.Mahmudovun sözlərinə görə, bu, sizin xərclərinizin məbləğinə görə dəyişə bilir:
“Səyahətlərdə gündəlik alış-veriş kartımızı istifadə edə bilərik. 99 faiz kart ölkə xaricində də ödənişləri dəstəkləyir. Səyahət üçün ayrıca kart əldə etməyə ehtiyac yoxdur. Səyahətdə böyük məbləğdə vəsait xərcləyəcəyiksə, o zaman həmin ölkənin yerli valyutasına uyğun kart açdırmaq daha məsləhətdir. Alış-veriş etdiyimiz zaman konvertasiya zamanı komissiyada və kurs fərqində pul itirməyək”.
E.Mahmudov qeyd etdi ki, əgər kart təhlükəsizliyinə riayət etdiyinizdən tam əmin deyilsinizsə, əsas pulunuzu ayrıca bir kartda saxlayın, o kartı da mobil tətbiqdə bloklaşdırın, bütün limitləri sıfırlayın. Ehtiyacınız olanda, kartı blokdan çıxarıb istifadə etdiyiniz karta əlavə edin, yenidən bloka salın.
Xəbərin oxunma sayı : 643
Sosial
Xəbərlər
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır – AZAL biletləri 1077 manata qədər yüksəlib
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
-
Bakıda masaj salonu işlədən qadın dabankeşlə döyüldü - Şəriki saxlanıldı
-
“Çox bahalı prosedurlardır, cəmiyyəti və dostları xəbərdar edəcəyik“ - Əvəz Zeynallı
-
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR
-
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
-
Cəmi 3 ay müşavir işlədi - Yeni vəzifəyə getdi
-
Tiktoker Mahirə cinayət məsuliyyətinə cəlb olunub - İnsan alverində günahlandırılır
-
Azərbaycan və İraqın XİN rəhbərləri görüşdü - FOTO
-
Dövlət İmtahan Mərkəzində nələr baş verir? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
-
Maşınının qaçırıldığını gələn cərimə ilə bilib - Turalın üçüncü cinayəti
-
Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib
-
Özünü şəhid atası kimi təqdim edən şəxs saxlanılıb - FOTO
-
Hakan Fidan pakistanlı həmkarına zəng vurdu - Türkiyənin Pakistanla həmrəy olduğunu bildirdi
-
Toy üstündə dava: Gitara ifaçısı müğənnini xəstəxanalıq etdi
TOP 10
ARXİV