|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Bankirin məhkəməsində yüksək vəzifəli şəxslərin adları hallandı: “Məni çağırıb dedilər ki...“
Tarix 07.03.21, 21:49 |
|
Martın 5-də baş tutan məhkəmədə zərərçəkmişlərdən yalnız İsfəndiyar Axundov iştirak edib.
Musavat.com xəbər verir ki, İ.Axundov əvvəlcə Nadir İsmayılovla münasibətlərindən danışıb. Deyib ki, Nadir İsmayılovla dost olub, illərlə birlikdə çörək kəsiblər.
Daha sonra İsfəndiyar Axundov hadisələrin bu yerə gəlib çatmasının səbəblərini danışıb.
O deyib ki, 2012-ci dövlətin ən yüksək vəzifəli məmurları onu görüşə çağırıb. Səbəb isə həmin illərdə tikinti sektorunda baş verən xaos olub. Həmin ərəfədə minlərlə insan MTK-lardan ev almaq istəyərkən aldadılmışdı.
İ.Axundov ifadəsində bildirib ki, görüşdə fövqəladə hallar naziri, daxili işlər naziri, baş prokuror və Bakı meri Hacıbala Abutalıbov olub.
“Bildirildi ki, 1036 nəfər aldadılıb. Onların narazılığını həll emək lazımdır. Narazı insanları müxalifət öz tərəfinə çəkə bilərdir. Seçki ərəfəsi idi və ölkədə gərginlik ola bilərdi. Mənə dedilər ki, vergidən azad ediləcəyəm və dövlət də dəstək göstərəcək. Mən də bu işi görməyi öz öhdəmə götürdüm. Dedim ki, mən də bu dövlətin bir əsgəriyəm”- deyə İ.Axundov qeyd edib.
İ.Axundov daha sonra Nadir İsmayılovla aralarında yaranmış qalmaqal haqda danışmağa başlayıb.
Deyib ki, görüləcək işlərlə bağlı Nadir İsmayılovun dəstəyi ilə kredit götürüb: “Ümumi 10 milyon razılaşdırıldı. 5 milyon mənə verildi. 5 milyon da onda qaldı, bankda depozitə qoydu. Mən həmin krediti 10 ilə qaytarmalı idim. Sonra Mərkəzi Bank dedi ki, gətir pulu qaytar.
Əslində indi burda Nadirin baş mühasibi oturmalı idi. 6 milyon ödəmişəm. Amma həmin adam kreditə ödəməyib. Sənədlərdə yazılıb ki, pul hesaba ödənilib. Əslində isə kreditə ödənildiyi yazılmalı idi”.
“Sonra məlum oldu ki, 10 milyonluq kreditin hamısı mənim adıma yazılıb. Artıq problemlər yaranmağa başalyırdı. Özü ilə danışdım. Nadir mənə dedi ki, pulu ödəməsəm, obyekt əldən gedəcək. Mənə dedi ki, 80 milyon alacağı var və alan kimi mənim pulumu verəcək. Amma vermədi. Mən də buna inanmışdım.
Sonra dedi ki, onda qalan 4 milyonu da mən gətirib ödəyim. Bunu da ödədim. Amma Mərkəzi Bank çağırdı ki, həmin pulu “Zaminbank”a yox, onlara ödəməliyəm. Mənə dedilər ki, sən aldadılmısan. Dövlətə kömək edəcəyim yerdə gəlib bataqlığa düşdüm”– deyə İ.Axundov bildirib.
İ.Axundov qeyd edilən 10 milyonluq kreditə görə 12 milyon 800 min ödəniş etdiyini deyib.
Nadir İsmayılova etibarının olduğunu deyən İsfəndiyar Axundov bildirib ki, kredit ayrılanda heç bir sənədə imza atmayıb: “İllərlə çörək kəsmişik, etibar eləmişəm, savadsızlığımdan istifadə ediblər”.
Məlum olub ki, İ.Axundova kredit ayrılan zaman ona məxsus “Flaminqo” restoranı, “milyonerlər məhəlləsi”ndəki villası girov qoyulub.
Bundan sonra Nadir İsmayılov danışıb və İsfəndiyar Axundova əvvəlcə barışıq təklif edib: “Mən əvvəlcə təklif edirəm ki, İsfəndiyar müəllim şikayətini geri götürsün və öz aramızda həll edək. Əks halda həqiqətləri açıb deyəcəm”.
İsfəndiyar Axundov etiraz edib və deyib ki, 25 milyonluq işi batmaq üzrədir: “Mənim başıma oyun açdılar. O vaxt dedim ki, heç olmasa “Flaminqo”nu çıxarsınlar, amma onu da etmədilər. Mən onunla çörək kəsmişəm. Mənə izah etsəydilər, kömək edəcəkdim. Amma məni aldadıblar. Mən bilmirdim ki, obyektlər Mərkəzi Banka girov qoyulub”.
Nadir İsmayılov bildirib ki, əgər İsfəndiyar Axundov barışığı qəbul eləməsə, həqiqətləri danışmağa başlayacaq.
İ.Axundov da Nadir İsmayılovla etiraz etməyib: “Danış, nə bilirsənsə, danış”.
Nadir İsmayılov ifadəsinə belə başlayıb: “İsfəndiyar Axundov danışır, amma bəzi məqamları dəqiq danışmır. Bir gün mənə dedi ki, 75 min kvadrat evlərini, 16 mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən alıblar. Bu hadisələr 2012-ci ildə baş verirdi. İndi ad çəkmək istəmirəm. O zaman kimlər nələr edirdi…
Mən gördüm ki, İsfəndiyarın vəziyyəti pisdir. Ona kömək məqəsədi ilə kredit ayırmağı təklif etdim. İşlərini yoluna qoysun deyə. Deyirdim ki, iş gör, səni batırmaqlarına imkan vermə.
Bütün bu söhbətlərə İsfəndiyar müəllimin qudası Məhərrəm Sadıqov da şahiddir. Çağırarsınız, o da gəlib ifadə verər.
10 milyonun 5 milyonu qalmışdı. Amma həmin 5 milyonun, İsfəndiyarın götürmədiyi pulun faizini mən ödəyirdim. Çünki Mərkəzi Bank pulu “Zaminbank”a vermişdi. 10 milyonun faizi “Zaminbank”ın müxbir hesabından silinirdi. Sonra qalan 5 milyonu hissə-hissə özü götürdü.
Mənim yanımda oğlu Mehman ilə danışıb. Türkiyədə bina tikmək istəyirdilər. Oğluna 2 milyon lazım idi. Oğluna dedi ki, Nadir əminin yanındayam, pulu verir. Oğluna dedi ki, adamları göndər, gəlib aparsın”.
Nadir İsmayılov bu ifadələri verən zaman emosional danışıb və hirslənib. O söyləyib ki, bu qədər haqsızlığa dözə bilmir: “Mən susdum, amma gördüm ki, günahsız yerə həbsdə qalıram. Artıq 8 aydır ki, hənsxanadayam. Əlim-qolum bağlı qalıb.
Məndə səs yazıları, görüntülər var. Telefon danışıqları var. Hamısını gətirib ortaya qoyacam. Tutulmamışdan iki gün əvvəl də İsfəndiyar müəllimlə görüşdük, danışdıq, öpüşdük. Sonra da məni tutdular”.
Sual-cavablardan məlum olub ki, “Zaminbank”da İsfəndiyar Axundovun xanımının adına hesab olub. Həmin hesaba 4.5 milyon pul qoyulub və kreditin bağlanmasına yönəldilib.
Nadir İsmayılov deyir ki, Həmin pulu hesaba özü köçürüb. İsfəndiyar Axundov isə deyir ki, həmin pulu özü ödəyib.
İsfəndiyar Axundov orta təhsilinin belə olmadığını, buna görə də Nadir İsmayılov tərəfindən aldadıldığını vurğulayıb.
Amma N.İsmayılov bununla razılaşmır: “İsfəndiyar müəllim ölkədə ən böyük kapitalı olan iş adamlarından biridir. Böyük biznes şəbəkəsi var. Onun bir sənədə imza atmaması, ondan xəbərsiz sənədləşmə aparılmasına necə inanmaq olar? Kredit müqaviləsi üç tərəf arasında imzalanıb. “Zaminbank”, İsfəndiyar Axundov və Mərkəzi Bank arasında”.
Suallar zamanı İsfəndiyar Axundov bildirib ki, hazırda əmlaklarını girovdan çıxara bilmir.
Nadir İsmayılov söyləyib ki, İsfəndiyar Axundovun Mərkəzi Banka 5 milyon borcu qalır. Kreditin yarısından çoxunu ödədiyi üçün “Flaminqo” restoranını girovdan çıxara bilər.
Məhkəmə araşdırması davam edir. Növbəti prosesə İsfəndiyar Axundovun epizodu üzrə dindirilmələr davam edəcək.
Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Həmin işdən sonra Nadir İsmayılovun əməlləri barədə araşdırma aparılmağa başlanmışdı.
Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi.
Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi.
Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu.
Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi.Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.
Xəbərin oxunma sayı : 679
Kriminal
Xəbərlər
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
TOP 10
ARXİV