Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bankların əli mənzil bazarını da “qarışdırır” - Süni gərginlik

Tarix 13.04.18, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Aprel ayında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli kateqoriya üçün inşa edilən "Yasamal Yaşayış Kompleksi"ndəki sosial mənzillər satışa çıxarıldı.

Bəzi ekspertlər bunun mənzil bazarındakı qiymətlərə ciddi təsir göstərəcəyini düşünsələr də, bəzi mütəxəssislər heç bir yeniliyin baş verməyəcəyi qənaətindədir. Mənzil bazarındakı hazırkı vəziyyəti Cebhe.info-ya şərh edən daşınmaz əmlak məsələləri üzrə ekspert Pərviz Qulami açıqlamasında son aylar bazarda stabilliyin hökm sürdüyünü deyib:

“Mənzil bazarında qiymətlərin kəskin artımı və yaxud azalması nəzərəçarpan dərəcədə dəyişməyib. Ola bilər ki, hansısa ərazilər üzrə cüzi dəyişikliklər olsun. Belə ki, müəyyən ərazilər üzrə satışa çıxarılan mənzillərin sayı az olur. Amma ona müəyyən tələbat yarananda həmin ərazidə qiymətlər 2-3 faiz arta bilər. Ümumilikdə, son bir neçə ayda mənzil bazarında qiymətlərdə stabillik var”.

Ekspert onu da qeyd edib ki, ipoteka kreditlərinin verilməsində fasilə yaranmayıb:

“Sadəcə olaraq əhali arasında ipoteka kreditlərinə olan tələbat müəyyən qədər azalıb. Hazırda mənzil bazarındakı durğunluğun bir səbəbini də bununla əlaqələndirmək olar. Amma son 1 ayda müəyyən aktivlik yaranıb. O baxımdan ki, banklar müştərilərin zəifliyini görüb ilkin ödənişləri bir qədər aşağı salıblar. Bankların əksəriyyəti ilkin ödənişi 20-25 faizdən kreditlər ayırırdı. Artıq ilkin ödənişi 15 faizdən təklif edən bankların sayı artıb. Bəzi banklar çalışırlar ki, ipoteka kreditlərini 8 faizdən aşağı salsınlar. Onlar bununla alıcılarda tələbat yaratmağa çalışırlar. Bu baxımdan növbəti aylarda müəyyən qədər aktivlik müşahidə oluna bilər”. 



Xəbərin oxunma sayı : 382




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap