Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Banklarda dollar depozitləri sürətlə azalır - Əhali manatla faiz qazanmağa üstünlük verir

Tarix 23.12.21, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda əhali dollarda depozitlərini geri çəkib, milli valyutada qoymağa daha çox meyllənib. Fiziki şəxslərin əmanətlərinin həcmi 1 dekabr 2021-ci il tarixinə 9.05 milyard manat olub. 2021-ci ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin depozitlərinin həcmi 873.82 milyon, yaxud 10.7% artıb. Son bir ayda isə əhalinin banklardakı depozitlərinin həcmi 164.28 mln. manat, yaxud 1.8% təşkil edib.

Fiziki şəxslərin depozitlərinin 5 267.7 milyon manatı müddətli (yəni faiz almaq müqabilində banka yerləşdirilmiş) və 3 613.2 milyon manatı isə tələbli olub.

Əhalinin depozitlərinin həcmi milli valyutada daha kəskin artıb. Məsələn manatda olan depozitlərin həcmi son bir ayda 4.2%, ilin əvvəlindən isə 1 227.67 mln. manat, yaxud 30.5% artaraq 5 254.8 mln. manata yüksəlib.

Xarici valyutada isə ilin əvvəlindən baş verən eniş davam edir. Beləliklə, xarici valyutada depozitlərin həcmi son bir ayda 1.2% (47.10 mln. manat), ilin əvvəlindən isə 8.5% (353.84 mln. manat) azalaraq 3 796.9 mln. manata düşüb. (banker.az)



Xəbərin oxunma sayı : 1594




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap