Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bayıl yamacındakı evlərin sökülməsi başlayır

Tarix 25.05.19, 11:59

Font ölçüsü : - / +
bitmap-img6


Sakinlər kompensasiyanın miqdarından narazılıq edirlər

Bayıl yamacı, sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi ilə bağlı qərar verilib

Bu barədə “Yeni Müsavat”a sakinlərin özləri məlumat veriblər. Sakinlər bildiriblər ki, artıq məsələ ilə bağlı Nazirlər Kabinetinin qərarı, Səbayel rayon icra başçısının müvafiq sərəncamı da var. Sakinlər bildiriblər ki, əraziyə baxan mənzil istismar sahəsinin əməkdaşları onlara sərəncamı da göstəriblər. Bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə Bayıl yamacındakı sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 8 milyon 920 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitə ərazidə parkın salınması və digər abadlıq işləri də daxildir. Sakinlərə konkret olaraq hər kvadrat üçün nə qədər kompensasiyanın veriləcəyi rəsmi şəkildə açıqlanmayıb. Ancaq onlara şifahi şəkildə deyilib ki, kompensasiya mənzillərin hər kvadratı üçün 1000 manat, zirzəmi və açıq eyvanların kvadratına görə isə 200 manat nəzərdə tutulub. Bu, bir çox sakinlərin narazılıqlarına səbəb olub. Nəticə etibarilə mayın 23-də bir qrup sakin Səbayel Rayon İcra Hakimiyyətinə gedərək, məbləğin artırılmasını tələb ediblər. Sakinlərin bir qismi bildiriblər ki, əgər ən azı hər kvadrat üçün 1500 manat kompensasiya verilməsə, evlərini tərk etməyəcəklər.

Onlara bildirilib ki, hələ  kompensasiyanın miqdarı dəqiqləşməyib. Hesablama işləri aparılır.

Bildirək ki, ərazidə yaşayan 92 ailədən 27-si məcburi köçkün ailəsidir. Mart ayında məcburi köçkün ailələrinə bildirilmişdi ki, onlara məcburi köçkünlər üçün tikilən binalardan ev veriləcək.  27 məcburi köçkün ailəsi bununla razılaşmayıb,  etiraz aksiyası keçirdilər.

Sakin Yaqub İbrahimov “Yeni Müsavat”a bildirib ki, hazırda məcburi köçkün ailələrinin də digər sakinlər kimi köçürülməsi planlaşdırılır: “O məsələ artıq həllini tapıb. Hesablama aparıb, 27 ailəyə də digərləri kimi kompensasiya veriləcək. Yəni bizə belə məlumat veriblər. Camaatın bir qismi, eləcə də mən 1000 manat kompensasiya ilə razı deyiləm. Çünki həmin pulla bu ərazidən heç bir mənzil almaq mümkün deyil. Bayılda təmirsiz evin kvadratı 1000 manatdan bahadır. Bəs biz bu pulla necə ev alaq? Heç olmasa 1500 manat verilsəydi, yenə də nə isə etmək olardı. ”Sovetski"də də camaata 1500 manat verdilər. Bizə nə üçün aşağı məbləğ verilir?"

Yada salaq ki, Bayıl ərazisindəki “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər. Ona görə də məcbur qalıb ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Yanvar ayında köçürülmə prosesi ləngidiyi üçün kirayə pulunun verilməsi yenidən mart ayına qədər uzadılmışdı. Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Hazırda da əksər evlərdə kommunal xidmətlərin verilişi bərpa olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə sürüşmənin aktivləşməsi ilə bağlı son zamanlar heç bir məlumat yaymayıb. Bildirilib ki, ərazidə vəziyyət stabil olaraq qalmaqdadır.

“Sovetski”dən söz düşmüşkən,  qeyd edək ki, hazırda bu məhəllənin də köçürülməsi planlaşdırılan sakinləri kompensasiyadan narazıdırlar. Narazı sakinlər ötən həftə aksiya da keçirdilər. Sakinlər bildirirlər ki, verilən 1500 manat kompensasiya ilə heç bir mənzil ala bilmirlər. Çünki həmin ərazidə evlərin əksəriyyəti azkvadratlıdır. Ona görə də ümumi məbləğ aşağı olur. Hələ ki “Sovetski”də problem öz həllini tapmayıb. Lakin Bakı şəhər icra başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib ki, “Sovetski” ilə bağlı yeni planlar hazırlanır. Bu planlarla bağlı ictimaiyyətə açıqlama verilməyib.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap