Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Baydenin Milli Təhlükəsizlik Strategiyası – “Reuters”

Tarix 14.10.22, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


“Reuters” agentliyi Ağ evin yenicə açıqladığı Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərh yayıb. 

Novator.az saytı şərhi qısa ixtisarla ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

Ağ ev nəhayət ki, Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb.

Strategiyanın açıqlanması bir müddət idi təxirə salınırdı.

Strategiya Çinin irəliləməsinin qarşısını almağa hədəflənib.

Sənəddə həmçinin demokratik ölkələrin üzləşdiyi problemlərin həlli məqsədilə müttəfiqlər arasında sıx əməkdaşlığın zəruri olduğu bir daha bəyan edilir.

Sənəd 48 səhifədən ibarətdir. Onun açıqlanması Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən təxirə düşürdü.

Əslində bu sənəd milli təhlükəsizliyə yanaşmada köklü bir dəyişikliyə yol açmır, ortaya hər hansı yeni xarici siyasət doktrinası da qoymur.

Sadəcə qeyd edilir ki, ABŞ-ın liderliyi iqlim dəyişkənliyi və avtoritarizmin qabarması kimi dünya miqyaslı təhdidlərin dəf olunmasında həlledici rola malikdir.

Strategiyada vurğulanır ki, hətta Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra da Çin beynəlxalq nizama meydan oxuyan başlıca ölkə olaraq qalır və Birləşmiş Ştatlar dünyaya təsirini qoruya biləcəyinə ümid bəsləyən fövqəldövlətlə silahlanma yarışını iqtisadi müstəvidə  hökmən udmalıdır.

Strategiyanın qarşıya qoyduğu siyasi xətti izah edərkən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatlar həmişəki kimi Çin Xalq Respublikası ilə rəqabətin məsuliyyətlə idarə olunması prinsipinə sadiqdir: “Çin isə günü-gündən daha çox çalışır ki, qlobal meydanda beynəlxalq nizam onun əlinə oynasın”.

Sallivanın sözlərinə görə, Vaşinqton transmilli problemlərin, o cümlədən iqlim dəyişkənliyi, ərzaq təhlükəsizliyinin yoxluğu, infeksion xəstəliklər, terrorçuluq, yeni enerji sistemlərinə keçid, inflyasiya problemlərinin həlli ilə məşğul olmaqla bərabər Çinlə münasibətlərini də idarə etmək məcburiyyətindədir.

Çinin ABŞ-dakı səfirliyi məsələni şərh etmək üçün ona ünvanlanmış sorğuya dərhal cavab vermək istəməyib.

Baydenin hələ xarici siyasət sahəsində yoluna qoymalı olduğu bir xeyli mübahisəli məsələ qalır. Söhbət mühüm məsələlərdən, o cümlədən ABŞ-ın əvvəlki prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi tariflərdən gedir. Həmin tariflər amerikalı idxalçılara milyardlarla dollara başa gəlməkdədir.

Baydenin xarici siyasət sahəsində həll etməli olduğu yeni problemlərdən biri də Rusiyanın atdığı addımlarla bağlıdır. ABŞ-ın köhnə müttəfiqi Səudiyyə Ərəbistanı ilə münasibətlərinin korlanması, Ərəbistanın, həmçinin Hindistanın Rusiyanın enerji resurslarından asılı qalması da bu sıraya aiddir.

ABŞ-ın narazılığına baxmayaraq, neft ixracatçılarının OPEK+ koalisiyası 2022-ci ilin noyabr-dekabr aylarında neft hasilatını azaldacağını elan edib. Prezident Bayden buna görə ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxacağını deyib. Sallivan da bugünlərdə eyni mövqeni təkrarlayıb.

Barak Obamanın prezidentliyi dövründə ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi işləmiş Daniel Rassel bildirib ki, yeni Milli Təhlükəsizlik Strategiyası prezident Cozef Baydenin bəyan etdiyi daxili yenilənmə, ittifaqların və demokratik institutların gücləndirilməsi, əməkdaşlıqla rəqabət arasında tarazlığın qorunması prioritetlərinə uyğundur.

Rassel sənəd üzərində iş aparıldığı 21 ayda strategiyanın açıq-aşkar dəyişikliyə uğradığını, Çinlə rəqabətə xüsusi diqqət yetirildiyini də vurğulayıb: “Çin dünyaya yalnız strateji rəqabət prizmasından baxmamaq öhdəliyi götürüb. Bununla belə Çinlə rəqabət hər yerdə özünü göstərir”.

Daniel Rassel sənəddə qlobal problemlərin həlli üçün ölkələr arasında daha geniş koalisiyasının yaradılması vədinin yer aldığını da xatırladıb. Ancaq o əlavə edib ki, Çinin iştirakı olmadan bu vədi yerinə yetirmək çətin olacaq, heç sənəddə də belə bir əməkdaşlığın hansı formada təmin olunacağına dair göstəriş yoxdur.

ABŞ prezidenti Cozef Baydenin administrasiyası strategiyanı Konqresə əslində mart ayının 28-i – büdcə layihəsini təqdim edərkən göndərməli idi.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid sənədi müsbət qarşılayıb və ABŞ-ın öz ordusunu modernləşdirməli, gücləndirməli olduğunu etiraf edib: “Bunun üçün platforma və avadanlıqlara düşünülmüş şəkildə sərmayələr yatırılmalı, qabaqcıl texnologiyaların sürətli inkişafı və inteqrasiyası təmin edilməlidir”.

Cek Rid Pentaqonun Milli Müdafiə Strategiyasının məxfi olmayan hissəsini dərc edəcəyi günü səbirsizliklə gözlədiyini də bildirib.

Ceyk Sallivan deyib ki, Ukrayna böhranı Cozef Baydenin xarici siyasətlə bağlı yanaşmaları dəqiqləşdirməsi prosesini uzatsa da, həmin yanaşmaları köklü şəkildə dəyişə bilməyib: “Mən hesab edirəm ki, prezident Baydenin xarici siyasət kursunda bizim mövqeyimizin əsas elementləri – müttəfiqlərə diqqət yetirilməsi, demokratik dünyanın gücləndirilməsi, qardaş demokratiyaların və demokratik dəyərlərin müdafiəsi yetərincə əksini tapıb”.



Xəbərin oxunma sayı : 1030




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap